Azərbaycanda mobil rabitə operatoru “Bakcell” şirkəti “Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”da mobil rabitənin daxili sisteminin quraşdırılmasına başlayıb. Bu barədə şirkətdən məlumat verilib. deyilir.
“Mobil rabitə xidmətlərinin yüksək keyfiyyətli təminatı üçün “Bakcell” “Baku Crystal Hall”da mobil rabitənin daxili sistemini quraşdırır. Bu sistem elə yaradılıb ki, ondan hər üç mobil rabitə operatoru istifadə edə bilər – “Azercell”, “Bakcell” və “Nar Mobile”, - deyə məlumatda qeyd edilir.
Şirkətin məlumatına görə, hər üç operatorun 2G və 3G kanallarının qoşulması zamanı sistem 31,5 minə qədər abunəçiyə qədər xidmət etməyə imkan yaradacaq. Layihə “Beteko-Komtel” şirkəti tərəfindən həyata keçiriləcək.
“Bu layihənin reallaşdırılması üçün “Bakcell” şirkəti Avstraliyada istehsal edilən antennalardan istifadə etmək niyyətindədir. Onlardan ilk dəfə Çində Olimpiya Oyunları (2008-ci il – İF-Az) zamanı “Birdcage” stadionunda istifadə olunub”, - deyə məlumatda qeyd edilir.
“Bakcell” 1994-cü ilin martında Azərbaycanda təsis edilib və respublikada fəaliyyət göstərən üç GSM-operatordan biridir. Hazırda “Bakcell” ölkə ərazisinin 80%-ni əhatə edir. “Bakcell”in aktiv abunəçilərinin sayı 2,6 mln. nəfərdir. 2011-ci il noyabrın 30-na şirkətin aktivləri $298 mln. 858,051 min, nizamnamə kapitalı - $9 mln. 908 min, kredit öhdəlikləri - $45 mln. 220,726 min təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət