Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu barədə respublika Prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan ərazisində uydurma ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək”, - deyə İ.Əliyev bazar ertəsi Bakıda keçirilən Novruz bayramı münasibətilə bayram tədbirlərində çıxış edərək bəyan edib
Dövlət başçısının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normaları bərpa edilməlidir. “Bizim qədim torpaqlarımız – Dağlıq Qarabağ və ətraf rayonlar işğalçılardan azad edilməlidir. Dünya cəmiyyətinin tanıdığı Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”, - deyə o bəyan edib.
İ.Əliyev qeyd edib ki, beynəlxalq arenada Azərbaycana dost dövlətlərin sayı artır. O bildirib ki, “dünya cəmiyyəti bizi müstəqil siyasət yürüdən ölkə kimi tanıyır”.
Xəbər verildiyi kimi, İ.Əliyev xanımı Mehriban Əliyeva ilə bazar ertəsi Bakının mərkəzində təşkil edilən Novruz bayramı münasibətilə bayram tədbirlərində iştirak edib.
İ.Əliyev xanımı Mehriban Əliyeva ilə ümumxalq şənliklər zamanı Qız qalası qarşısında təşkil edilən tamaşaları seyr ediblər.
Bundan başqa, İ.Əliyev xanımı ilə Azərbaycanda yetişdirilən və istehsal olunan ərzaq məhsullarına, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa ediblər.
Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı isə İ.Əliyevə 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib. Dövlət başçısına məlumat verilib ki, bu il sentyabrın 22-də start götürəcək bu yarışa biletlər cari ilin aprelin 16-dan satışa çıxarılacaq.
İ.Əliyev və xanımı həmçinin 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət