Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas iki ölkə arasında iqtisadi əməkdaşlığın fəallaşdırılması tərəfdarıdır.
“Bizim qarşımızda çox böyük potensialı olan iqtisadi əməkdaşlığı fəallaşdırmaq məsələsi durur”,- deyə İ. Metaksas çərşənbə axşamı Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, iki ölkənin biznes qurumları arasında əlaqələri intensivləşdirmək, onlar üçün potensial tərəfdaşlara çıxış yollarını sadələşdirmək lazımdır
İ.Metaksas bildirib ki, hazırda Azərbaycan və Yunanıstan ekspertləri 10 ikitərəfli sənədin layihəsi üzərində işləyirlər
Bundan başqa, diplomat qeyd edib ki, tezliklə deputat Hadı Rəcəblinin rəhbərliyi altında Milli Məclisin nümayəndə heyəti Yunanıstana səfər edəcək və bununla əlaqədar olaraq parlamentlərarası dostluq qrupunun növbəti iclası keçiriləcək.
İ.Meteksas vurğulayıb ki , təhsil sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycanın ali məktəblərinin birində qədim yunan dili , tarixi və mədəniyyətinin tədrisinə başlanılacaq.
Milli Məclisin sədr müavini Valeh Ələskərov öz növbəsində bildirib ki, Yunanıstan Bakı və Brüssel arasında enerji əməkdaşlığı çərçivəsində Azərbaycan qazının daxil olduğu birinci Avropa İttifaqı ölkəsidir. Bununla əlaqədar olaraq V.Ələskərov iki ölkənin tranzit imkanlarını və Avropanın enerji təhlükəsizliyi probleminin həll edilməsində Azərbaycanın rolunu nəzərə alaraq energetika sahəsində əməkdaşlığın perspektivlərini qeyd edib. ” Təbiidir ki, Avropa İttifaqının bir hissəsi kimi Yunanıstanla Azərbaycanın bu münasibətlərdə rolu artır və artmaqda davam edəcək”,- deyə o bildirib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə komitəsinin sədri Səməd Seyidov söyləyib ki, Azərbaycan və Yunanıstan arasında iqtisadi, siyasi, və mədəni əlaqələrin inkişafında indiki uğur bu faktı onların bədxahları təkzib etsələr də, iki ölkənin öz regionlarında aparıcı rolu ilə qabaqcadan müəyyən edilib. ”Biz bu gün ikitərəfli əlaqələrin yeni mərhələsinə - məntiqi qarşılıqlı asılılıq mərhələsinə daxil olmuşuq ”,- deyə o qeyd edib.
S.Seyidov Yunanıstanın beynəlxalq arenada , o cümlədən AŞPA- da (Azərbaycan nümayəndə heyətinə S.Seyidov rəhbərlik edir) Qarabağ problemi ilə bağlı Bakının mövqeyini dəstəkləməsini ikitərəfli əməkdaşlığın müsbət inkişaf etməsi üçün başlıca şərtlərdən biri adlandırıb.
S.Seyidov Yunanıstanın iqtisadi böhranın nəticələrini aradan qaldıra biləcəyinə ümidvar olduğunu bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət