“British Council” və “Mədəd-Azərbaycan” humanitar təşkilatı Azərbaycanda ingilis dili tədrisi prosesində elektron tədris resurslarının tətbiqi sahəsində müəllimlərin imkanlarının genişləndirilməsi üçün birgə layihə hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “British Council”-dan məlumat verilib. .
Layihə inkişafın müvafiq peşəkar imkanlar vasitəsilə ingilis dilinin öyrənilməsi və tədrisinə yönəldilən “British Council” resursları haqqında 200 müəllim və 500 tələbənin biliklərini genişləndirəcək. 2012-ci ildə həyata keçirilməsi planlaşdırılan pilot layihəsinə Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevirdən müəllimlər cəlb ediləcək.
Layihə iştirakçıları ingilis dilinin tədrisində elektron resurslardan istifadə üzrə yeni üsulların öyrənilməsi və qabiliyyətlərin inkişafı məqsədilə keçirilən bir sıra təlim sessiyalarda iştirak edəcəklər. Təlimdən sonra müəllimlər “British Council” və “Mədəd-Azərbaycan”ın dəstəklədikləri onlayn ünsiyyət vasitələrinin köməyi ilə təcrübə mübadiləsi imkanı əldə edəcəklər. Belə ki, “British Council”-ın innovativ tədris resursları gündəlik sinif fəaliyyətinə inteqrasiya olunacaq.
Layihənin əsas məqsədi müxtəlif üsullar vasitəsilə müəllimlərin məlumat alması üçün imkanların yaradılmasına yönəldilib. Müəllimlər hər hansı materialı əldə etmək məqsədilə iş yerini tərk etmədən istənilən vaxt kitabxana resurslarına və xidmətlərə şəbəkə və eyniləşdirmə üsulları vasitəsilə giriş əldə edə bilərlər.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət