Milli Təhlükəsizlik Nazirliyi (MTN) bir il ərzində İranın xeyrinə təxribatçılıq fəlaiyyəti ilə məşğul olan 24 şəxsi zərərsizləşdirib. Bu barədə Milli Təhlükəsizlik naziri rəhbəri, general-leytenant Eldar Mahmudov bəyan edib.
“MTN tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilən 24 nəfərdən ibarət iki qruplaşma ifşa edilib”, - deyə E.Mahmudov respublikada kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasının 93-cü ildönümü münasibətilə çərşənbə günü “Azərbaycan” qəzetində dərc edilən “Milli təhlükəsizliyin keşiyində” adlı məqalədə bəyan edib.
O qeyd edir ki, bu şəxslər barəsində casusluq, terror aktlarının hazırlanması, odlu silah-sursatların əldə edilməsi, həmçinin digər cinayətlər üzrə ittihamlar irəli sürülüb.
E.Mahmudov həmçinin məlumat verir ki, son il ərzində (2011-ci ilin mart ayından etibarən - İF-Az) Əfqanıstanın və Pakistanın ərazisində beynəlxalq koalisiya güvvələrinə qarşı döyüşlərdə iştirak edən iki şəxs saxlanılıb.
Nazirin yazdığı kimi, həmçinin bir il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onlar prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan təxminən 30 transmilli mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Ümumilikdə, bu qruplardan təxminən 630 kq narkotik vasitə aşkar edilərək götürülüb, Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və İranın 137 vətəndaşı məsuliyyətə cəlb edilib.
E.Mahmudov həmçinin məlumat verib ki, hesabat dövrü ərzində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu barəsində dövlətə xəyanət ittiham üzrə cinayət işi qaldırılıb.
MTN-nin materialları əsasında ölkənin Baş prokurorluğu ötən il insan orqanlarının alqı-satqısı və qanunsuz transplantasiyasına görə iki Azərbaycan vətəndaşını məsuliyyətə cəlb edilib.
Bundan başqa, 2011-ci ildə MTN Gədəbəy qızıl-mis Emalı Zavodundan xam qızılın oğurlanması ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Həmçinin ötən il bank hesablarına qanunsuz daxil olmaqla külli miqdarda pul vəsaitlərinin talanması, nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili və s. cinayətlər üzrə 27 iş başlanıb.
1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumun xüsusi bölümü 1919-cu il martın 28-də yaradılıb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət