Avropa Parlamentinin ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi təklifi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Parisin rolundan narazılıqla əlaqədardır. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“Avropa Parlamentinin bu təklifini Fransanın fəaliyyətindən narazılıq, həmçinin Avropa İttifaqının beynəlxalq işlərdə daha çəkili rola malik olmaq ambisiyalarının ifadəsi kimi xarakterizə etmək olar”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Bununla yanaşı, politoloq ATƏT-in Minsk qrupunda Fransanın rolunun effektivliyinə şübhə edir. “Fransa Minsk qrupunda iştirakını Dağlıq Qarabağ münaqişəsinin Avropaya yaxın olması ilə əsaslandırır. Lakin, o zaman bu qrupda Fransa deyil, Avropa təmsil edilməlidir. Hər halda, Türkiyənin, məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllində real marağı daha artıqdır, nəinki Fransanın”, - deyə o vurğulayıb.
Bundan əlavə, R.Musabəyov ATƏT-in Minsk qrupunda Fransanı Aİ ilə əvəzlənməsi təklifi daxil olan AP-nın Xarici Münasibətlər üzrə Komissiyası tərəfindən irəli sürülən Ermənistana dair sənəd layihəsinin əməli fəaliyyətə keçəcəyinə şübhə edir. Cünki, bu növ qərarlar yalnız tövsiyə mahiyyəti daşıyır. “Hətta əgər Fransanın Aİ ilə əvəzlənməsi prosesi başlasa, o zaman münaqişə tərəfləri və vasitəçiləri problemin mahiyyəti ilə məşğul olmaq əvəzinə, prosedur məsələlərə qoşulacaqlar”, - deyə parlament üzvü bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət