Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Almazbek Atambayev Bakıda keçirilən danışıqların yekunlarını müsbət qiymətləndiriblər.
“Bu gün imzalanan sənədlər bizim ölkələr arasında müsbət münasibətlərin sübutudur”,- deyə Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.
“Bu gün imzalanan sənədlərin sayı ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi 20 il ərzində imzalanan bütün sənədlərin sayından çoxdur”,-deyə İ.Əliyev əlavə edib.
İ.Əliyev danışıqların gedişi zamanı ölkələ arasında əməkdaşlığa dair əldə edilən razılaşmaların “böyük gələcəyi olduğuna” əmindir.
Öz növbəsində Qırğızıstan prezidenti A.Atambayev bəyan edib ki,” sənədlərin imzalanması ölkələr arasında siyasi və iqtisadi cəhətdən böyük irəliləyişdir”
Qırğızıstan prezidentinin Azərbaycana səfərinin yekunlarına əsasən, tərəflər qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq haqqında , vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında, mədəniyyət sahəsində əməkdaşlıq haqqında, mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında 6 sənəd imzalayıb
Bununla yanaşı, Bakıda keçirilən danışıqların yekunlarına əsasən, tərəflər Azərbaycan Respublikası Prezidentinin və Qırğız Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul edib, eləcə də Qırğızıstanın da üzv olduğu Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Azərbaycanın qəbul olunması üzrə Protokol imzalanıb
“Biz bu gün ikitərəfli əlaqələrin daha effekttiv və dinamik olması üçün yeni mərhələyə başlayırıq”,- deyə Azərbaycan prezidenti bildirib.
O əlavə edib ki,”ölkələr arasında əməkdaşlıqda bir qədər zaman itirilib , lakin A.Atambayevin ölkəni idarə etməyə başlamasından sonra biz münasibətlərin inkişafı üçün müsbət əhval- ruhiyyəni görürük”
“Biz iqtisadi və siyasi sahədə, bir neçə on il qabağı nəzərdə tutan investisiya siyasəti sahəsində inkişaf yollarını müəyyən etdik.Biz ikitərəfli əməkdaşlığımızı möhkəmləndirməyə, .beynəlxalq təşkilatlar səviyyəsində işləməyə davam edəcəyik.Qırğızıstan prezidentinin şəxsində biz xalqlarımızı və bütün türkdilli xalqları yaxınlaşdıran fəal bələdçi qazanmışıq”,- deyə Azərbaycan prezidenti əlavə edib.
O bildirib ki, keçirilən danışıqların yekunlarına əsasən, Qırğızıstan -Azərbaycan Hökumətlərarası komissiyanın ilk birgə iclasının keçirilməsi barədə qərar qəbul edilib.İclasda iqtisadiyyat ,investisiyalar və energetika sahələrində konkret planlar nəzərdən keçiriləcək”
“Biz münasibətlərimizin geniş formatlı inkişaf etdirilməsi fikrindəyik. Mən inanıram ki, bizim pazılaşmalarımız müsbət nəticə verəcək və bunun üçün müvafiq əhval – ruhiyyə var”,- deyə İ.Əliyev bildirib..
Öz növbəsində Qırğızıstan prezidenti A.Atambayev qeyd edib ki,” münasibətlərimizin inkişafında biz 20 il itirmişik, lakin onların yerini bir - iki il ərzində dolduracağıq”
A. Atambayev Bakıda imzalanan sənədlərin vacibliyini qeyd edərək bildirib ki, ”Hökumətlərarası komissiyanın nəzərdə tutulan iclası real məsələlərə həsr ediləcək ki, bu məsələlərdən biri də birgə investisiya fondunun yaradılmasıdır”
“Bu gün biz bank, turizm sahələrində əməkdaşlıq, Azərbaycan –Qırğızıstan İnvestisiya Fondunun yaradılması məsələlərini müzakirə etdik.Biz burda öyrənə bilərik, irəliyə birgə hərəkət edə bilərik,Biz Azərbaycanın geniş miqyaslı investisiya layihələri barədə bilirik,yaxşı olardı ki, Azərbaycan Qırğızıstana da milyard dollar investisiya qoysun”,deyə o əlavə edib
O hesab edir ki,”ölkələrin çoxlu təmas nöqtəsi var və gələcəkdə bizim fəal , səmərəli işlərimiz olacaq”
Bundan başqa, A.Atambayev qeyd edib ki, apreldə keçirilməsi nəzərdə tutulan Hökumətlərarası komissiyanın iclası zamanı Qırğızıstanda Azərbaycanın iştirakı ilə neft emalı zavodunun (NEZ) inşası barədə rəsmi qərar qəbul edilə bilər.
“Biz apreldə NEZ-in inşası barədə birinci qərarın qəbul edilməsinə çalışacağıq .Bu Qırğızıstan üçün müstəqilliyə böyük addım olacaq”,-deyə Qırğızıstan prezidenti qeyd edib.
Mətbuat konfransı zamanı tərəflər türkdilli ölkələrin həmrəyliyinin vacib olduğunu bəyan ediblər.Azərbaycan prezidenti bildirib ki,”bizim ölkələrin mövqelərinin möhkəmlənməsi üçün türk dünyasının birliyinin möhkəmlənməs lazımdır”.
Həmçinin, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunublar və prezident A.Atambayev bəyan edib ki,”Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
A.Atambayev İ.Əliyevi bu ilin avqust ayında Qırğızıstana rəsmi səfərə dəvət edib
“Mən Azərbaycan prezidenti İlham Əliyevi bi ilin avqist ayında Qırğızıstana rəsmi səfərə dəvət etdim”,- deyə A.Atambayev bildirib.
Onun sözlərinə görə, avqust ayında Qırğızıstanda türkdilli ölkələrin sammiti keçiriləcək.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət