Azərbaycan və Rusiya investisiyaların qarşılıqlı müdafiəsi haqqında saziş imzalamalıdır. Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bəyan edib.
“Hesab edirik ki, investisiya fəaliyyətini aktivləşdirməyə imkan verəcək investisiyaların qarşılıqlı müdafiəsi haqqında sazişin imzalanması zamanı çatıb (Azərbaycan və Rusiya Federasiyası arasında – İF-Az)”, - deyə V.Matviyenko bazar ertəsi Bakıda keçirilən Milli Məclisin spikeri Oqtay Əsədovla görüşün yekunlarına dair brifinqdə bildirib.
“Bu biznes üçün ciddi dəstək olacaq, çünki risklərin azalmasını ifadə edir”, - deyə Rusiya Federasiya Şurasının sədri əlavə edib.
Bununla yanaşı, V.Matviyenko qeyd edib ki, Azərbaycan və Rusiya Xəzərin ekoloji problemlərinin həlli məsələsində əməkdaşlıqda maraqlıdır. “Biz ekoloji sahədə, həmçinin, Xəzərin problemlərinin həllində əməkdaşlıqda maraqlıyıq. MDB Parlamentlərarası Assambleya çərçivəsində keçiriləcək 5-ci Beynəlxalq Ekoloji Konqressdə ekoloji sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”, - deyə o vurğulayıb.
Ümumilikdə, V.Matviyenko qeyd edib ki, Azərbaycan parlamenti “MDB Parlamentlərarası Assambleyanın mövcud olduğu 20 il ərzində bu strukturda çox fəal çalışır, beynəlxalq strukturun möhkəmlənməsinə ciddi töhfə verir”.
V.Matviyenko əməkdaşlıq perspektivləri barədə danışaraq, parlamentlərarası komissiyaların Rusiya Federasiya Şurasında və Azərbaycan Milli Məclisində uğurlu işini xatırladıb. “Komissiya (parlamentlərarası əməkdaşlıq – İF-AZ) çox faydalı işlər görüb və hazırda danışıqlar zamanı biz bu il üçün onun tərkibi və gündəliyini şərtləşdirdik. Yaxın zamanda komissiyalarımız növbəti görüş keçirəcək. Düşünürəm ki, ölkələrimiz arasında humanitar əməkdaşlığın qanunverici təminatı və bir sıra digər məsələlər bu gün aktualdır”, - deyə o bildirib.
V.Matviyenko məlumat verib ki, O.Əsədovla görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı üzrə dialoq baş tutub. “Bizim münasibətlərimiz bütün istiqamətlər üzrə strateji tərəfdaş kimi inkişaf edir və ölkələrimizin parlamentləri bu məsələdə çox vacib rol oynayır. Mən O.Əsədovu dialoqun kəsilməməsi, davam etməsi və əməkdaşlığın yeni qarşılıqlı səmərəli formalarını tapmaq üçün Rusiyaya rəsmi səfərə dəvət etdim”, - deyə V.Matviyenko bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət