Azərbaycan Dövlət Neft Fondu (ARDNF) respublikada yeni neft- qaz emalı və neft-kimya kompleksinin tikintisi üzrə layihənin reallaşdırılmasına maliyyə dəstəyi verməyə hazırdır. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
“Fond aktiv investisiya fəaliyyəti göstərir və 2012-ci ildən fond aktivlərini qızıla,daşınmaz əmlaka, yüksək likvidli səhmlərə yerləşdirməyə başlayıb. Bununla yanaşı, yeni neft –qaz emalı və neft-kimya kompleksinin tikinti layihəsinin miqyasını və onun Azərbaycan üçün əhəmiyyəti nəzərə alaraq ARDNF onun həyata keçməsi üçün maliyyə dəstəyi göstərməyə hazırdır”,- deyə Ş. Mövsümov çərşənbə axşamı Bakıda “Azərbaycanda neft-qaz emalı və neft-kimya kompleksi ilə bağlı forumda”çıxış edərkən bildirib.
Forumda çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Azərbaycanda neft hasılatı son illər 6 dəfə - ildə 50 mln. tona qədər, sutkalıq hasilat 140 min tona qədər artıb.
“Şahdəniz” layihəsinin “Mərhələ -1”çərçivəsində reallaşması hesabına qaz hasilatının həcmi artmaqda davam edir.Respublikada qaz hasilatı son illər ərzində 5,2 dəfə artıb.Hazırda “Mərhələ -2” çərçivəsində işlərə başlamaq üçün hazırlıqlar bitmək üzrədir.”Mərhələ -2” çərçivəsində ildə an az 16 mlrd.kubmetr qaz hasil edilməsi planlaşdırılır.Ümumilikdə, Azərbaycanın təsdiq edilmiş karbohidrogen ehtiyatları 4.5 mlrd. ton şərti yanacaq , proqnozlaşdırılan ehtiyatları -10 mlrd ton şərti yanacaq həcmindədir”,- deyə o söyləyib.
R.Abdullayev vurğulayıb ki, hazırda yeni neft-qaz srukturlarının, o cümlədən 340 mlrd.kubmetr qaz, 45 mln ton kondensat ehtiyatları olan “Abşeron” yatağının işlənməsi davam etdirilir.
“2015-ci ildə Azərbaycanda qaz hasilatının həcmi 30 mlrd .kubmetr, 2025-ci ildə -50 mlrd. kubmetr təşkil edəcək ki, bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində respublikanın mövqelərini gücləndirəcək”,- deyə o bildirib.
SOCAR prezidenti qeyd edib ki, hazırda Azərbaycandan neft və qas ixracı şəbəkəsi yaradılıb və o uğurlu fəaliyyət göstərir. Həmçinin, Azərbaycan qazının Avropaya daha sərfəli ixrac variantları öyrənilir.Bundan başqa, ötürmə qabiliyyəti 16 mlrd. kubmetr və daha da artırılma imkanları olan TANAR layihəsinin reallaşdırılması planlaşdırılır.
SOCAR Türkiyədə aktiv fəaliyyət göstərir, yeni NEZ tikir, “Petkim” kompleksi hesabına Türkiyənin neft məhsulları bazarında payını 40%-ə qədər artırmağı planlaşdırır.Həmçinin, şirkət Gürcüstanın qaz bazarının 75 %-nə nəzarət edir, Ukrayna, İsveçrə, Rumıniya və digər ölkələrdə fəaliyyətini aktiv surətdə inkişaf etditrir”,- deyə R.Abdullayev vurğulayıb.
Xəbər verildiyi kimi, kompleksin ümumi sahəsi 1500 hektar təşkil edəcək və 2018-2020-ci illərdə istismara verilməsi planlaşdırılır. İlkin olaraq istehsal gücü 10 mlrd. kubmetr olan qaz emalı kompleksi istismara veriləcək. Burada Dövlət Neft Şirkətinin yataqlarından qazın, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan səmt qazının və lazım gəldikdə, “Şahdəniz” yatağından hasil olunan və SOCAR-ın payına düşən qazın emalı həyata keçiriləcək.
İkinci mərhələdə neft-kimya kompleksi, daha sonra istehsal gücü 10 mln. ton təşkil edən neft emalı zavodu istismara veriləcək. NEZ-də A-92, A-95 və A-98 markalı benzin, reaktiv mühərrik və dizel yanacağı istehsalının təşkili nəzərdə tutulur.
Bu layihənin icrasına xarici investorların cəlb edilməsi planlaşdırılır. Layihəyə qoyulan sərmayələrin özünü ödəmə müddəti 6-7 il təşkil edəcək. Layihə xərcləri $13-15 mlrd. civarında qiymətləndirilir.
Layihənin texniki-iqtisadi əsaslandırması Technip, Foster Wheeler AG, UOP şirkətlərinin iştirakı ilə hazırlanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət