Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) qaçaqmalçılıq yolu ilə İrandan narkotik vasitələr və silah keçirən bir qrup şəxsi zərərsizləşdirib. Bu barədə respublika MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, MTN-nin həyata keçirdiyi kompleks operativ tədbirlər nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə xeyli sayda odlu silah, döyüş sursatı, hərbi ləvazimatlar və külli miqdarda narkotik vasitələr keçirməkdə təqsirli bilinən bir qrup şəxs ifşa edilərək saxlanılıb.
MTN-in İctimai Əlaqələr Mərkəzi məlumat verib ki, Azərbaycan və İran vətəndaşlarından ibarət qrup bu ilin mart ayında 1 ədəd “AKM” tipli avtomat silahı, həmin avtomat silah üçün nəzərdə tutulan darağı və 273 ədəd patronu, iki ədəd “Makarov” tipli tapançanı, həmin tapançalara aid iki ədəd darağı, səkkiz ədəd patronu, əl qumbarasını, gecəgörmə cihazını, həmçinin heroin, tiryək, metamfetamin dövlət sərhədini pozaraq gömrük sərhədindən gömrük nəzarətindən kənar keçiriblər.
Əməliyyat zamanı iki İran və beş Azərbaycan vətəndaşı həbs edilib. Onlar barəsində MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının, narkotik vasitələrin qaçaqmalçılığı), 234.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri təkrarən əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını əldə etmə və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət