Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar fəaliyyətinə görə “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb. Bu barədə rəsmi mətbuat məluumat verib.
Aprelin 13-də Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov evində MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunan “Birilik ulduzları” mükafatınının təntənəli təqdimetmə mərasimi kerşirilib.
Dövlət Dumasının sədri Sergey Narışkin mərasimi açaraq MDB məkanında humanitar mədəniyyətlərarası əməkdaşlığın vacibliyini qeyd edib. Rusiya parlamentinin spikeri laureatlardan hər birinin mühüm xidmətlərindən qısaca danışıb. O, Mehriban Əliyevanın səhiyyə, sosial, mədəniyyət, humanitar sahələrdə mühüm xidmətlərini xüsusi olaraq qeyd edib. Həmçinin onun Birliyin bütün xalqlarının xeyirinə inteqrasiya proseslərinin möhkəmləndirilməsində xüsusi rolunu vurğulayıb.
“Mən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı səmimi qəlbdən salamlayıram. O ümumbəşər dəyərlərinin möhkəmlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma naminə çoxlu güc, enerji səmimi mehribanlıq sərf edir”, - deyə Sergey Narışkin vurğulayıb.
Sonra Dövlət Dumasının sədri S.Narışkin Azərbaycanın birinci xanımı M.Əlieyevaya mükafat təqdim edib.
“Mən bu mükafatlandırmanı müasir Azərbaycanın xidmətlərinin tanınması kimi və ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi işinə mənim ölkəmin töhfəsi kimi qiymətləndirirəm”, - deyə o bildirib.
Onun sözlərinə görə, ölkələrimizin müstəqil dövlətlər kimi formalaşması dövründə mehriban qonşuluq və əməkdaşlıq kimi müsbət tendensiyalar qorunaraq möhkəmləndirilib.
“Fikrimcə, etimadı gücləndirmək, anlamaq, yığılan problemlərin həlli mexanizmlərini yaratmaq yalnız birgə və əxlaq və insaniyyət, insanpərvərlik, inam və rəhm kimi ümumbəşər dəyərlərinə söykənərək mümkündür. Və, əlbəttə ki, humanitar, mədəni əlaqələrin gücləndirilməsi və möhkəmləndirilməsi ilə. Təhsil, elm və mədəniyyət sahəsində geniş miqyaslı layihələr, iqtisadi əlaqələrin möhkəmlənməsi kimi, ölkələrimizinin sülh və tərəqqisinə imkan yaradır”, - deyə M.Əliyeva nitqini bitirib.
Təbriklərlə həmçinin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev, Rusiya Dövlət Duması Aparatının rəhbəri Cahan Pollıyeva çıxış ediblər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət