“Yol hərəkəti haqqında” qanunu hazırlayan qrupa rəhbərlik edən tanınmış hüquqşünas Eldar Məmmədovla “İnterfaks-Azərbaycan” agentliyinin müsahibəsi.
- 1990-cı illərin sonunda siz qüvvədə olan “Yol hərəkəti haqqında” qanunu hazırlayan qrupa rəhbərlik etmisiniz. Qanun qəbul edildəkdən sonra bir neçə dəfə, həmçinin bir neçə gün öncə qanunvericiliyə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləğlərinin artımını nəzərdə tutan dəyişikliklər daxil edilib. Sizin buna münasibətiniz necədir?
- Öncə, qeyd etmək istəyirəm ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması – dövlətin ən vacib məsələlərindən biridir. Məhz dövlət yalnız yollarda mümkün qədər az pozuntuların olmasına nəzarət etməli deyil, həm də ictimai təhlükəsizliyə hər hansı təhdidlərsiz yol hərəkətinin rahat şərtlərini yaratmalı, yolların normal vəziyyətdə olmasına qayğı göstərməli, yolun bu və ya digər hissəsində hərəkətin xüsusiyyətləri haqqında sürücüləri düzgün və vaxtında məlumatlandırmalıdır.
Şübhəsiz ki, son 10-15 il ərzində ölkəmizdə iqtisadi və sosial vəziyyətin, yol-nəqliyyat sisteminin inkişafı, avtomobillərin sayının və yol hərəkətinin intensivliyinin artımı ilə bağlı böyük dəyişikliklər baş verib. Lakin, bir çox müsbət dəyişikliklərlə yanaşı, yollarda tıxaclar, kütləvi yol hərəkəti qaydalarının pozulmaları, yalnız böyük miqdarda maddi ziyan deyil, həm də çox vaxt insanların sağlamlıq və həyatında ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayının artması adi hal olub. Yollarda vəziyyət yalnız bizim ümumi “baş ağrı”mız deyil, həm də şəxsi və ictimai təhlükəsizliyin təhdidi olub.
Buna görə, yol hərəkəti qaydalarını pozanlarla qətiyyətli və güzəştsiz mübarizə aparmaq son dərəcə vacibdir. Və bu mənada yollarda təhlükənin potensial mənbələri olan nəqliyyat vasitələrini idarə edən sürücülərin məsuliyyətinin artması və bu məqsədlə qanunvericiliyin dəyişilməsi bu gün lazımi tədbirlrdən biridir . Buna görə, yeni dəyişikliklərin zamanında qəbul edildiyini güman edirəm. Bunlar, yeri gəlmişkən, yalnız yol hərəkəti qaydalarının pozulması üçün cərimələrin məbləğinin artımı nəzərdə tutmur, həm də nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı cərimə balları 10 baldan 12 bala qədər artırılmasını, yollarda radara qədər xəbərdarlıq nişanlarının quraşdırılmasını, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati protokolların tərtib edilməsi və digər yenilikləri nəzərdə tutur.
Eyni zamanda hesab edirəm ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün dövlət yalnız bu qanunun qəbulu ilə məhdudlaşmamalı, yolda vəziyyətin yaxşılaşması üçün bütöv tədbirlər kompleksi qəbul etməlidir.
- Yeri gəlmişkən, artıq çoxları cərimələrin məbləğinin artırılması haqqında eşidib, lakin hamı yeni qanunda nəzərdə tutulan hansı pozuntuya görə cərimələrin məbləğindən xəbərsizdir.
- Cərimələr bu gün məhz şəxsi və ya ictimai təhlükəsizliyin real təhdidi mənasında aktual pozuntulara görə artır. Cərimələrin məbləği aşağıdakılardır:
1) təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə - 40 AZN;
2) yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə – 20 AZN, hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə – 100 AZN, hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə – 150 AZN;
3) şlemsiz motosiklin idarə edilməsi və ya sərnişin daşınmasına görə – 20 AZN;
4) fənər və səs siqnallarının istifadə qaydalarının pozulmasına görə – 30 AZN;
5) nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan birinci dəfə idarə edilməsinə görə – 100 AZN, il ərzində təkrar törədilməsinə görə– 200 AZN;
6) nəqliyyat vasitəsini idarəetmə hüququ olmaması nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya sağlamlığına yüngül bədən xəsarət yetirildikdə – 400 AZN;
7) nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – 150 AZN;
8) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə İnzibati xətalar Məcəlləsinin 151.2 və 151.3 maddələrində nəzərdə tutulan hüquq pozuntularına görə – 200 AZN;
9) sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – 250 AZN;
10) İnzibati xətalar Məcəlləsinin 152.2.2 maddəsində nəzərdə tutulan hüquq pozuntularına görə ilk dəfə – 300 AZN, il ərzində təkrar törədilməsinə görə – 350 AZN;
11) dayanma, durma və parklanma qaydalarının pozulmasına görə –20 AZN;
12) nəqliyyat vasitəsinin NV üçün ümumi istifadə üçün nəzərdə tutulan dayanacaqlarda və ya yol nişanlarından 15 metrdən az məsafədə durduqda - 40 AZN;
13) birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə – 100 AZN.
- Maraqlıdır, ölkəmizdə və digər dövlətlərdə YHQ-nı pozan sürücülər barəsində hansı təsir tədbirləri mövcuddur?
- Həm bizdə, həm də dünyanın əksər ölkələrində bunun üçün xəbərdarlıq, cərimə, NV-dan istifadə hüququndan məhrum etmə və cinayət cəzaları istifadə olunur. Bütün bunlar yol hərəkəti iştirakçılarının intizamının artımına və yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına yönəldilib, lakin onların tətbiqi ölkədən asılı olaraq tez-tez fərqlənir.
Xəbərdarlıq, ardınca ictimai təhlükəli nəticələr və ya mühüm zərər yetirməyən xırda pozuntuya görə tətbiq edilir. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə xəbərdarlıq qaydanı pozan şəxs barədə məlumatın vahid məlumat bazasına daxil edilməsi ilə müşayiət olunur və buna görə təkrar, hətta xırda pozuntu zamanı artıq xəbərdarlıqla canını qurtarmaq mümkün deyil. Bu cür yanaşma pozuntular həvəskarları ilə mübarizənin effektivliyini əhəmiyyətli dərəcədə gücləndirir.
Qaydaları pozan sürücülər barəsində tətbiq edilən cərimələr hərçənd ki, aralarında fərqlənir, lakin bu gün bütün dünya ölkələrində onların əsasında ümumi prinsip durur: bu və ya digər pozuntuya görə cərimə ödəyən sürücünün həmin pozuntunu təkrarlamaq arzusu itməlidir. Ölkələrin əksəriyyətində iki növ ola biləcək qəti müəyyən edilmiş cərimələr istifadə olunur. Birincidə, cərimənin məbləği yerindəcə inspektor tərəfindən qanunu pozuntusunun şəraiti və bu qanun pozuntusuna görə qanunla müəyyən edilən cərimə çərçivəsində təyin edilir. İkinci zamanı isə inspektor konkret pozuntuya görə cərimənin qanunla müəyyən edilən məbləğini tələb edir. Cərimə qoyulması zamanı ölkələrin əksəriyyətində inspektor kassir funksiyalarını yerinə yetirmir və yalnız cərimə qəbzini yazır, bu isə yol polisində korrupsiya hadisələrinə yer verməmək nöqteyi-nəzərindən çox vacibdir.
Müxtəlif ölkələrdə tətbiq edilən cərimələrin məbləği son dərəcə fərqlənə bilər və milli qanunvericiliyin xüsusiyyətlərinə əsaslanaraq müəyyən edilir. Etiraf edilir ki, bu yenə də hüquq məsələsi deyil, məqsədəuyğunluq məsələsidir. Hərçənd ki, cərimənin məbləğini məhkəmənin müəyyən etdiyi təcrübə mövcuddur, bəzi ölkələrdə isə (xüsusilə, İsveç və Finlandiyada) gündüz cəriməsi adlandırılan (gündüz tarifləri) qaydalar qüvvədədir. Onlara müvafiq olaraq, cərimənin məbləği pozuntunun növündən, qaydanı pozanın maliyyə vəziyyətindən, aylıq gəlirindən, psixoloji vəziyyətindən, öhdəçiliyində olanların sayından, sürücünün stajından və pozanın digər məlumatlarından asılıdır.
2004-cü ilin qışında Helsinkidə 40 km saatda sürəti ötən sürücüyə inspektor 170 min avro məbləğində cərimə qəbzi verib. Bu hadisə çox adama məlumdur. Çoxları bundan dəhşətə gəlir və ya sadəcə inanmır, lakin fin qanunlarına görə bu mümkündür. Məsələ ondadır ki, orada bütün yol hərəkəti qaydalarının pozuntuları 120 bal cədvəli ilə qiymətləndirilir və cərimə məbləğinin hesablanması üçün qanunla nəzərdə tutulan ballar qaydanı pozan sürücünün gündəlik gəlirinin məbləğinə vurulur. Qeyd edilən hadisədə sürət rejiminin pozan milyonçu olub, onun aylıq gəliri 50 min avrodan yuxarı olub. Cərimə məbləğini hesablamağa sadə hesab kömək edib.
Eyni qanun pozuntusuna görə qəti müəyyən edilmiş cərimələrin məbləği, valyuta kurslarının dəyişməsini və qanunların vaxtaşırı dəyişiklikləri istisna olmaqla, yaxın zamanlara qədər aşağıdakı kimi təşkil edib:
1) sürət rejiminin pozulmasına görə (müəyyən edilən sürətin artırılması) İngiltərədə təxminən
$1,5 min, Almaniyada 680 avroya qədər, ABŞ-da $150-yə qədər, Hollandiyada $170-ə qədər;
2) qırmızı işığda keçdiyinə görə İngiltərədə təxminən $1,8 minə qədər, Almaniyada 320 avroya qədər, Norveçdə təxminən $375, Fransada 760 avro, Yaponiyada təxminən $417;
3) dayanma, durma və parklanma qaydalarının pozulmasına görə - İngiltərədə $1 minə qədər, Yunanıstanda təxminən $62, İsveçdə 87 avroya qədər, ABŞ-da $35, İspaniyada təxminən $150, Hollandiyada təxminən $35, Yaponiyada təxminən $835;
4) sərxoş halda sürməyə görə Danimarkada 450 avro, ABŞ-da - $250-dan $1 minə qədər, Yaponiyada təxminən $400 qədər;
5) iki bütöv xətt vasitəsilə döndərməyə görə ABŞ-da $130, İngiltərədə təxminən $190, Almaniyada təxminən $25, Hollandiyada təxminən $60, İspaniyada təxminən $150, Fransada təxminən $170.
Yol hərəkəti qaydalarının pozulması nəticəsində nəqliyyat vasitəsinin idarə edilməsi hüququndan məhrum edilmə praktiki olaraq bütün ölkələrdə nəzərdə tutulub. Yalnız məhrum etmə müddətləri fərqlənir, onlar bir neçə həftədən ömürlük həbsə qədər dəyişir. Məsələn, İsrail, Danimarka, Norveç və Çində sürücülük vəsiqəsindən ömürlük məhrum edə bilərlər. İsraildə bu “Dayanacaqsız hərəkət qadağandır” nişan tələblərinə əhəmiyyət verməməyə görə, Çində isə – ciddi yol-nəqliyyat hadisəsi yerini tərk edilməsinə görə mümkündür. Bir qayda olaraq, bu tədbir sərxoş halda nəqliyyat vasitəsindən istifadə, tibbi yoxlamadan boyun qaçırmaq, yol-nəqliyyat hadisəsi zamanı yardım göstərməmək və ya yol-nəqliyyat hadisəsinin yerinin tərk edilməsi zamanı tətbiq edilir.
Sürücülük vəsiqəsindən məhrum etməkdən daha çox Böyük Britaniya, Fransa və Almaniyada geniş istifadə olunur. Hərçənd ki, Amerikanın müxtəlif ştatlarında qanunlar fərqlənə bilər, amma orada çox vaxt yalnız vəsiqəni almırlar, həm də bəzi hallarda maşını müsadirə edirlər. Yenə də bu tədbirin tətbiq edilməsi nöqteyi-nəzərindən ən ciddi yanaşma, çox güman ki, Yaponiyadadır. Orada sürücülük vəsiqəsindən məhrum edilməsi yol hərəkəti qaydalarının istənilən pozuntusuna görə mümkündür.
Yol hərəkəti qaydalarının pozulmasına görə ən sərt tədbir – azadlıqdan məhrum edilmədir. ABŞ-da bununla yanaşı bir gündən 10 ilə qədər müddətə barmaqlıqlar arxasında qalmaq mümkündür. Sərxoş halda idarə etməyə görə: Danimarkada sürücü 10 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilər (sərxoşluğun dərəcəsindən asılı olaraq); ABŞ-da ilk dəfə – 1 ilə qədər azadlıqdan məhrum edilmə, təkrar pozuntu zamanı 10 il ərzində $5 min məbləğində və ya 5 ilə qədər həbs cəzasına dəyişə bilər; Yaponiyada – 2 ilə qədər müddətə azadlıqdan məhrum edilməklə ağır işlərə cəlb edilə bilər.
Yeri gəlmişkən, yol hərəkəti qaydalarının müxtəlif pozuntularına görə əksər hallarda yenə də Yaponiyada həbsxanaya düşmək mümkündür. Orada NV-nin texniki nasazlığı olduğu halda istismarına görə 3 ay, 6 ay – dəmiryolunun keçmək qaydalarının pozulmasına görə, 2 il – sürücülük vəsiqəsinin olmaması və ya tənzimləyicinin qadağan etdyi siqnal altında hərəkətə görə, 3 il – sərxoş vəziyyətdə avtomobili idarə etməyə görə, sürücünün özünə tapşırılan bir işi başqasına tapşırmasına görə, 5 il – hərəkətin nizamlanması texniki vasitələrinin zədələnməsinə görə həbsxana cəzası almaq mümkündür. Ola bilər, məhz qanunun ciddiliyinə və cəzanın qarşısını almaq mümkün olmadığına görə yaponlar dünyada ən intizamlı sürücülərdən biri hesab edilirlər, ölkədə yol-nəqliyyat hadisələrinin sayı isə ildən ilə azalır.
- Siz inkişaf etmiş ölkələrdə cərimələrin məbləğlərindən nümunələr gətirdiniz. Postsovet ölkələrində bununla bağlı işlərin vəziyyəti necədir?
- Burada cərimələrin məbləği, bütovlükdə, inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Amma MDB ölkələrində cərimələrin məbləği, həmçinin müxtəlifdir və onların göstəriciləri yol hərəkəti təhlükəsizliyinin səviyyəsi və hər ölkənin sosial-iqtisadi vəziyyətindən asılı olaraq fərqlənir. Ancaq hər yerdə cərimələrin məbləğinin artımı tendensiyası və sürücülər və yol hərəkətinin digər iştirakçıları barəsində tədbirlərin gücləndirilməsi mövcuddur.
Fikrimcə, ölkəmizdə geniş yayılan yol hərəkəti qaydalarının pozunlmalarına görə məsuliyyətin təyin edilməsilə bağlı Rusiyanın təcrübəsi bizim üçün maraqlı ola bilər. Belə ki, məsələn, Rusiyada sürücü “ümid edə” bilər: 1) yol nişanlarının pozulmasına döndərməyə görə cərimə 1000-dən 1500 rubla qədər; 2) hərəkətin qarşılıqlı zolağına çıxmağa görə: maneənin yanından ötmə zamanı – cərimə 1000-dən 1500 rubla qədər, marşrutların və ya xüsusi vasitələrin hərəkət zolağının məşğul edilməsi – 4 aydan 6 aya qədər müddətə sürücülük vəsiqəsindən məhrum edilmə; 3) birtərəfli hərəkətlə yolunda qarşılıqlı istiqamətdə hərəkətə görə – cərimə 5000 rubl və ya 4 aydan 6 aya qədər müddətə sürücülük vəsiqəsindən məhrum edilmə və s. Maraqlıdır ki, Rusiya qanunvericiliyinə əsasən, bəzi pozuntulara görə nəzərdə tutulan 1000-1500 rubl məbləğində cərimələr bu pozuntular yollarda müşahidə kameraları ilə qeydə alınıbsa 5000 rubla qədər artırıla bilər.
Son olaraq qeyd etmək istəyirəm ki, sürücülük mədəniyyəti və müasir dünyada yollarda yol hərəkəti iştirakçılarının davranışı çox vaxt ölkədə mədəniyyətin ümumi səviyyəsi ilə assosiasiya edilir və millətin mədəniliyinin göstəricilərindən biridir. Buna görə, yol hərəkət qaydalarına riayət etmək və yolda özünü yalnız şəxsi və ya ictimai təhlükəsizlik üçün deyil, həm də ölkəmizin imicinin və Azərbaycan xalqı haqqında fikrin yaxşılaşması üçün düzgün aparmaq lazımdır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət