Asiya İnkişaf Bankının (AİB) özəl sektorla bağlı əməliyyatlar üzrə vitse-prezidenti xanım Lakşmi Venkataçalam Bakıda respublikada özəl sektorun bank tərəfindən dəstək məsələlərini müzakirə edib. Bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin məlumatında qeyd edilir.
L.Venkataçalam aprelin 17-18 də Bakıda səfərdə olub.
“AİB-in vitse-prezidenti İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirib. Burada Azərbaycanın özəl sektorunun inkişafına dair fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanda şəxsi biznes və dövlət institutlarının AİB tərəfindən dəstək məsələsi müzakirə edilib”, - deyə məlumatda qeyd edilir.
L.Venkataçalam həmçinin “Qaradağ-Sement” ASC-də qismən AİB-in krediti hesabına maliyyələşdirilən yeni sobanın tikinti işlərinin gedişatı ilə tanış olub. “O həmçinin tərəfdaş və sənaye müəssisələrinin nümayəndələri ilə görüş keçirib, Azərbaycanda biznes imkanlarını müzakirə edib”, - deyə məlumatda vurğulanır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Azərbaycan höküməti 2012-ci ilin əvvəlinə olan vəziyyətə görə AİB ilə avtomobil yolları, energetika, su təchizatı və irriqasiya sistemlərinin bərpası, ASK sahələrində 7 layihənin reallaşmasına $596,9 mln. ümumi məbləğdə kredit sazişi imzalayıb.
Ümumilikdə, 2012-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan höküməti $253,5 mln. məbləğində krediti istifadə edib, bu isə alınmaların həcminin 42,5%-ni təşkil edir.
AİB 2011-2013-cü illər üçün biznes plan çərçivəsində Azərbaycan hökümətinə $1 mlrd. məbləğində kredit ayırmağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət