Azərbaycan Beynəlxal Bankı (ABB) pensiyaçıların yeni pensiya kartlarını əldə etməsi üçün maksimal rahatlığı təmin edəcək. ABB-nin mətbuat xidmətinin məlumatında belə deyilir.
“ABB tərəfindən yeni pensiya kartlarının verilməsi uğurla davam etdirilir. Bankın əməkdaşları tərəfindən Bakının Yasamal rayonunda yaşayan 40-dan çox, eləcə də Sabunçu rayonunda yaşayan 80-dən çox pensiyaçının evlərinə yeni pensiya kartlarının çatdırılması təmin edilib”,- deyə məlumatda qeyd edilir.
Bankın məlumatına əsasən, kartları alan şəxslərin ya etibar edəcəkləri yaxın adamları yoxdur, ya birinci qrup əlildirlər ya da qocalığa və xəstəliyə görə özləri bankın filiallarına gələ bilmirlər.Buna görə ABB onları plastik kartlarla vaxtında təmin etmək üçün bütün tədbirləri görüb
”Bankın filiallarına gəlmək imkanı olmayan pensiyaçıların qohumları şəxsiyyət vəsiqəsi və notariusda təsdiqlənmiş etibarnamə ilə ABB-yə müraciət edərək , onların əvəzinə kartları ala bilərlər “,-deyə məlumatda əlavə edilir.
Bundan başqa, pensiyaçıların yeni plastik kartlarının verilməsini təmin etmək üçün ABB-nin filialları istirahət günləri də (şənbə, bazar) işləyəcək.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət