“Region Plus” jurnalı Xəzər Avropa İnteqrasiya Klubu və “Caspian Energy” jurnalı tərəfindən keçirilən internet səsvermənin nəticələrinə görə çap nəşri nominasiyasında “1№-li brend” elan edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə jurnalın redaksiyasından məlumat verilib.
“Brand Award Azerbaijan – 2011” milli mükafatın rəsmi təqdimat mərasimi çərşənbə günü “Buta Palace” konsert kompleksində keçirilib.
Mükafatı jurnala mərasimin fəxri qonağı, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç təqdim edib.
Xəzər Avropa İnteqrasiya Klubun prezidenti və icraçı direktoru Telman Əliyevin bəyan etdiyi kimi, 2011-ci il mayın10-dan 2012 il aprelin 20-nə qədər dövr ərzində saytda keçirilən sorğu dünyanın 50 ölkəsindən 100 mindən artıq səs yığıb.
Bununla belə, bu il mükafatın nominantları arasında yerli şirkətlər üstünlük təşkil edir. “Mükafatın ilk təqdimat mərasimində yalnız 35% brend Azərbaycana aid olub. Bu gün mərasimdə artıq mükafat qazanan brendlərin 70%-i Azərbaycana aiddirlər”, - deyə T.Əliyev vurğulayıb.
O qeyd edib ki, sahibkarlara göstərilən diqqət nəticəsində Azərbaycanın regionlarının müxtəlif iqtisadiyyat sektorlarında yeni istehsal müəssisələri açılıb. Onlar bu gün dünyanın 50-dən çox ölkəsinə öz məhsullarını tədarük edirlər.
“Brand Award Azerbaijan – 2011” mükafatı 28 müxtəlif nominasiyada təqdim edilib. Qaliblərə mükafatları Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Rusiyanın səfiri Vladimir Doroxin, Niderlandın səfiri Aryen Uyterlinde, Gürcüstanın səfiri Teymuraz Şaraşenidze, səfiri İqor Bodyu təqdim ediblər.
Bundan başqa, Türkiyənin ölkədəki səfiri Hulusi Kılıça Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin inkişafına xüsusi töhfəyə görə “Caspian Energy Integration Award - 2011” mükafatı verilib.
“Region Plus” analitik jurnalı Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir. Jurnalın digər mükafatları sırasında, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin işıqlandırılmasına görə iki “Proqress” və s. mükafatlar var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət