Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən son aylar ərzində xarici vətəndaşlara qarşı terror aktları niyyətində olan bir neçə radikal qrupun zərərsizləşdirilməsi respublikada İsrail vətəndaşlarının təhlükəsizliyinə təsir etməyib. Bu barədə İsrailin Azərbaycandakı səfiri Mixail Lotem bəyan edib.
“Bundan sonra mən özünü hətta daha çox təhlükəsiz hiss edirəm, çünki bu cəhdlərin qarşısı alınıb. Bu isə onu göstərir ki, təhlükəsizliyin təmin olunması burada kifayət qədər yaxşı səviyyədədir”, - deyə səfir “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın “bəzi qonşuları” ölkədə sabitliyi pozmaq barədə bu cür planları hələ də daşıyırlar. “Lakin, ingilislərin sözləri ilə desək, “Pudinq haqqında fikir söyləmək üçün onu dadmaq lazımdır”. Pudinq isə, sizin xidmətlərin öhdəsindən necə gəldiyini nəzərə alsaq, çox yaxşıdır”, - deyə diplomat vurğulayıb.
“Düşünürəm ki, hər kəs İsrail və Azərbaycan liderlərindən bizim hər hansı üçüncü ölkəyə münasibətlərimizə zərər verməyə imkan verməyəcəyimiz barədə çox güclü ismarıc alıb”, - deyə M.Lotem bəyan edib.
Diplomat İsrailin guya Azərbaycanın ərazisi vasitəsilə İrana hücüm etmək niyyətində olması barədə mətbuatın məlumatlarını təkzib edib. Səfirin sözlərinə görə, mayın sonunda Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin təhlükəsizliyin təmin olunmasına İsrailin “Mossad” xüsusi xidmət orqanın cəlb ediləcəyi barədə bəzi mətbu orqanlarının məlumatlarını da şayiə adlandırıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət