“İnterfaks-Azərbaycan” agentliyinin suallarına ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsinin (USAN) təsisçilərindən biri və direktorlar şurasının üzvü Adil Bağırov cavab verir
- İnkişafından iyirmi il ötəndən sonra Azərbaycan-ABŞ münasibətlərinin hazırki vəziyyətini necə qiymətləndirirsiniz?
- Bu illər ərzində əlaqələrin genişləndirilməsində çox şeyə nail olduq. Hərçənd ki, onların gələcəkdə dərinləşməsi üçün çox səy göstərmək lazımdır. ABŞ-da bu cür inkişaf üçün hər il inkişaf edən və möhkəmlənən diasporanın rolu və imkanları vacibdir. Artıq görünür ki, bu ildən energetika və təhlükəsizlik çərçivəsindən kənara çıxan, məhz aviakosmik, İKT, kənd təsərrüfatı sahəsində ikitərəfli münasibətlərin inkişafı və genişləndirilməsində keyfiyyətli sıçrayış müşahidə edilib. Bütün bunlar bu yaxınlarda keçirilən konfransda son dərəcə dəqiq şəkildə nümayiş olunub. ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi (USAN) tərəfindən 25-26 apreldə Vaşinqtonda ABŞ-Azərbaycan konvensiyası təşkil edilib. Tədbir Amerikalılar ve Avrasyalılar Turkuaz Şurası (TCAE), Xəzər Strategiyası İnstitutu (CSI) və Con Hopkins Universiteti (JHU) ilə) birgə təşkil edilib.
- Azərbaycan elan edib ki, BMT TŞ-nin sədri kimi diqqəti terrorizmlə mübarizəyə, Yaxın Şərq, Afrika və Balkan regionlarında vəziyyətə yönəldəcək. Necə hesab edirsiniz, respublika bu cür qlobal problemlərin həllinin öhdəsindən məsuliyyətlə gələ biləcəkmi?
- Gənc dövlət və ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan yuxarıda göstərilən sahələrdə güclü ehtiyata, böyük təcrübə və kadr potensialına malikdir. Bir tərəfdən, Azərbaycan Diplomatik Akademiyasının, əllidən artıq səfirliklərin və dünyanın ən yaxşı ali məktəblərində təhsil alan diplomatların yeni nəslinin mövcudluğunu, digər tərəfdən isə Balkan və Yaxın Şərqlə problemlərin ümumiliyini və anlayışını, İranda böyük sayda Azərbaycan əhalisinin olmasını və digər amilləri nəzərə alaraq, bu çağırış Azərbaycana uyğundur.
- Müşahidəçilər arasında belə bir fikir mövcuddur ki, BMT Təhlükəsizlik Şurasının bəzi ölkələri Azərbaycana BMT TŞ vasitəsilə Qarabağ probleminin həlli ilə bağlı hər hansı təşəbbüsləri irəli sürməyə imkan verməyəcək. Siz, Azərbaycanın BMT TŞ-ya qeyri-daimi üzv olduğu dövr ərzində dünyanın digər regionlarında problemlərin həlli ilə məhdudlaşmalı olacağı barədə fikri bölüşürsünüzmü?
- Mən bu cür təhlil ilə razıyam, lakin buna baxmayaraq, Azərbaycan bu şansdan istifadə etməlidir. Qalib olmaq və bu cür hadisənin öhdəsindən gəlmək üçün Fransa kimi ölkələrin Azərbaycana qarşı və türkfobiya siyasətini ifşa etmək lazımdır. Bütün bunlarla yanaşı, Azərbaycan öz beynəlxalq imici və çəkisini yaxşılaşdıracaq.
- Siz prezident Barak Obama tərəfindən seçilən ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə R.Morninqstarın namizədliyini necə qiymətləndirərdiniz?
- ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi (USAN) artıq R.Morninqstarın namizədliyini dəstəklədiyini elan edib və USAN öz üzvlərini ABŞ Senatına dəstək məktubları göndərməyə çağırıb. Cənab Morninqstar - Azərbaycan və region üzrə böyük ekspertdir və səfir roluna daha yaxşısını seçmək mümkün deyil. Biz əminik ki, onun namizədliyi Senat tərəfindən təsdiq ediləcək - biz bunun üçün bütün səylərimizi sərf edəcəyik.
- Kolumbiya senatı bu yaxınlarda qəbul etdiyi qətnamədə Xocalıda baş verən hadisələri soyqırım kimi qiymətləndirib. Öncə Meksika analoji qərar qəbul edib. Latın Amerikasında bu qərarları Şimali Amerikanın Azərbaycan icması necə qəbul edir?
- Əlbəttə ki, müsbət, bu çox vacib prosesdir. Bizim təşkilatımız, ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi (USAN) Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı qətliamının xatirəsini yad etdiyi zaman, 2010-cu ildə bu prosesə başlayıb. Proses 2011-ci ildə fevral ayına qədər, Xocalı hadisələrini Texas və Nyu-Cersi ştatlarında tanıyandan sonra davam edib. Bu il Nyu-Cersi, artıq qubernator səviyyəsində yenidən onu tanıyıb. Xocalı qətliamını Meyn ştatı da tanıyıb. Həmçinin, Nyu-York ştatı bu il Qara yanvarı, 2011-ci ildə Texas ştatı 31 mart - Azərbaycanlıların soyqırımı Gününü tanıyıb. Artıq 2009-cu ildə Nevada ştatının qubernatoru USAN-ın xahişi ilə 31 mart - Azərbaycanlıların soyqırımı Gününü tanıyıb. Beləliklə, ABŞ-ın ştatları Ermənistanın törətdiyi Azərbaycan faciələrini tanıyan ilk yurisdiksiyalar olub. Meksika və Kolumbiyanın etdikləri daha böyük addımdır, çünki milli, federal səviyyədə həyata keçirilir. Biz ümid edirik ki, Avropada və digər regionlarda diasporalarımız həmçinin bu prosesə tezliklə qoşulacaq.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət