2014-cü ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları $58 mlrd.-a çata bilər. Bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyi proqnozlaşdırır.
Xəbər verildiyi kimi, “Fitch Ratings” Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini “BBB-” səviyyəsində təsdiq edib.
Bununla yanaşı, proqnoz “müsbət”dən “stabil”ə dəyişdirilib.
“Azərbaycanın planlaşdırılmayan neft gəlirləri, xüsusilə analoji reytinqə malik olan neft dövlətləri ilə müqayisədə, ölkənin neft daxilolmalarının çox hissəsini toplamaq qabiliyyətini gücləndirir”, – deyə “Fitch”in suveren reytinqlər üzrə analitik qrupun direktor Çarlz Sevil qeyd edir.
Agentliyin press-relizində qeyd edilir ki, proqnozun yenidən “stabil”ə baxılması “Fitch”in reytinqin dəyişilməsi istiqaməti barədə fikrini dəqiq əks etdirir. 2011-ci ildə ümumi dövlət büdcəsinin xərcləri gözlənildiyindən çox artırılıb və gözlənilmədən neft hasilatı kəskin azalıb. Eyni zamanda, agentlik qeyd edir ki, dövlət balansı möhkəmlənməyə davam edir və ümumi dövlət büdcəsi mühüm profisitlərlə həyata keçirilir.
2011-ci il üçün büdcənin hökumət tərəfindən yenidən baxılması öncəki il üçün xərclərin 30% ümumi artımına gətirib və bu cür artım Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin istifadəsinin 50% artımı hesabına maliyyələşdirilib. Büdcənin təxminən yarısı inkişaf və ya investisiya xərclərinə aid olub. Hərçənd ki, “Fitch” ümid edir ki, Azərbaycan hökuməti 2012-ci il üçün büdcəyə əlavələrdən çəkinəcək. Siyasi dövr 2013-cü ilin noyabrına nəzərdə tutulan prezident seçkilərini nəzərə alaraq xərclərin gələcəkdə artımına səbəb ola bilər.
Suveren reytinqləri dəstəkləyən əsas amil dövlət aktivləridir, onlar güclü xarici balansı təmin edir və xarici maliyyələşdirmə barədə narahatçılıq doğuran şərtləri aradan qaldırır. Bundan başqa, onlar hökumətə vacib maliyyə çevikliyi qabiliyyəti verirlər, bu isə ona alınmalara müraciət etmədən kontrsiklik xərclər xərcləri maliyyələşdirməyə imkan verir. Lakin hökumət 2020-ci illərdə proqnozlaşdırılan karbohidrogen gəlirlərinin azalmasına hazır olmaq üçün, aktivləri toplamalıdır. Büdcənin qeyri neft-qaz kəsiri uzun müddətli dövrd ərzində saxlana bilən səviyyədən artıqdır.
“Fitch”in proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2012-2013-cü illərdə $18 mlrd. artaraq $58 mlrd.-a cata bilər (proqnozlaşdırılan ÜDM-nin 82%-i), bunun sayəsində Azərbaycan “Fitch”in reytinqlərinə malik olan xalis-kreditor dövlətlərin ilk onluğunda olacaq.
Azərbaycan Mərkəzi Bankı və ARDNF birgə ehtiyatları 2011-ci ildə $11 mlrd. - $40 mlrdş-a qədər artırıb.
Azərbaycan “BBB” kateqoriyasında reytinqli ölkələr arasında xarici xalis-kreditor kimi ən güclü mövqe tutur: xarici valyutada cari daxilolmaların (CXR) 82%-i.
Press-relizdə qeyd edilir ki, bu yaxınlarda vəziyyətin inkişafı diqqəti neft hasilatı və ÜDM-nin artımı üzrə proqnoza cəlb edir.
2011-ci ildə neft hasilatının həcmi 10,6% azalıb və baxmayaraq ki, 2012-ci ilin birinci rübündə hasilat öncəki rüb ərzində məlumatlarla müqayisədə stabilləşib, 2010-cu ilin pik 1 milyon barr./sutka səviyyəyə 2014-cü ilə qədər bərpası baş verməyəcək.
“Fitch” qeyd edir ki, Azərbaycanda neft hasilatı daha stabildir, nəinki Rusiya və Qazaxıstan kimi müqayisə edilə bilən reytinqlərlə suveren emitentlərdə.
Agentliyin proqnozlarına görə, Azərbaycanda real ÜDM 2012-2013-cü illərdə 3% artacaq, bu isə 2007-2011-ci illərin orta səviyyə ilə müqayisədə orta göstəricidir. Neft sahəsində vəziyyət ən yaxşı halda dəyişməz qalacaq və artım perspektivləri əsasən qeyri-neft sektoru ilə bağlıdır. İşgüzar iqlimin yaxşılaşması və bazarların rəqabətə davamlılığının mövcud olmadığı halda, fəallılıq xüsusilə dövlət xərclərlərinin artımından asılı olacaq.
Bank sektoru “BBB” kateqoriyalı reytinqləri olan digər ölkələr ilə müqayisədə zəifdir, lakin prudensial indikatorlar sabitləşib. Hakimiyyət ən böyük bank olan Azərbaycan Beynəlxalq Banka kapital ödənişi həyata keçiribş Bu isə ona kapitalın kafiliyinə minimal tələbləri yerinə yetirməyə imkan verbi, lakin gələcəkdə zərərlərin ödənilməsi üçün kiçik imkanlar qoyub.
Makroiqtisadi siyasət zəif tərəf olaraq qalır, lakin rəsmi göstəricilər göstərir ki, inflyasiyanın kəskin azalması baş verib. AMB 2011-ci ildə inflyasiya üzrə məqsədli səviyyəni yerinə yetirib: inflyasiyanın rəsmi göstəricisi 7,8%-ə qədər azalıb və 2012-ci ilin birinci rübündə daha çox azalıb.
AMB 2012-2013-xü illərdə mübadilə kursunun bağlanmasını de-fakto dəstəkləyəcək, lakin onun bir qədər daha yüksək çevikliyinə imkan vermək niyyətindədir.
Suveren aktivlər toplamağa və makroiqtisadi sabitliyi qorumağa davam etməyə imkan verəcək büdcənin mühafizəkar idarə edilməsinin daha uzun müddətli tarixi reytinqlər üçün müsbət amil ola bilər. Analoji üsulla, institusional sahədə təkmilləşmələr tələb edəcək qeyri-neft sektorunda daha sabit artıma keçid müsbət reytinq təsiri üçün orta müddətli amil olacaq.
Dövlət maliyyəsinin zəifliyi üçün əsas amil neftin ucuzlaşması ola bilər. Əgər neftin 1 barreli $80-a düşsə, xalis aktivlər üzrə mövqe pisləşəcək. Amma Azərbaycanın büdcəsinin balanslılığı Rusiyaya nisbətən daha aşağı neft qiyməti ilə təmin edilir.
Agentliyin fikrincə, siyasi risk və institusional amillər Azərbaycanın kredit qabiliyyətinə təsir edir. Daxili və ya xarici siyasi şok reytinqə mənfi təsir edə bilər. Fitch qeyd edir ki, parlamentdənkənar müxalifət kiçik olsa da, güclənir. Siyasi sabitliyin qorunması üçün əlverişli mühit həyat səviyyəsinin yaxşılaşmasına ciddi təsir etməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət