İcbari Sığorta Bürosu nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası üzrə “Yaşıl kart (Green Card) sisteminin üzvü olmağı planlaşdırır. Bu barədə Büronun saytında yerləşdirilmiş məlumatda bildirilir.
“Büronun icraçı direktoru Elxan Quliyev və Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov mayın 8- də Brüsseldə Green Card Büro Şurasının prezidenti Mariuş Viçkovski və Assosasiyanın baş katibi Qrit Floren ilə görüşüblər. Görüşdə Azərbaycanın bu sistemə daxil olması ilə bağlı proseduralar müzakirə edilib”,- deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycan tərəfinə Green Card sisteminə daxil olmaq üçün tövsiyələr verilib.
Green Card - nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin beynəlxalq sığorta polisi olub, Saziş ölkələri tərəfindən nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti üzrə sığorta polisinin qarşılıqlı tanınması barədə razılaşmadır
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil qərərgahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub.Toplantıda Sistemə üzv ölkələrin Milli Büroları arasında Sazişin modeli razılaşdırılıb və “Yaşıl kart”lar üçün vahid standartlar qəbul edilib .”Yaşıl kart”a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib.Sazişə əsasən, üzv ölkələrdən hər hansı birində verilmiş avtomobil nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığorta polisi bu sazişə üzv olan digər ölkələrin ərazisində qüvvədədir.
.Hazırda “Yaşıl kart”sisteminə Rusiya ,Türkiyə ,İran da daxil olmaqla Avropanın bütün ölkələri, Asiya və Afrikadan 46 ölkə daxildir.2006-cı ildə Büro Şurası Brüsselə köçürülüb.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb.
Hazırda 11 sığorta şirkəti Büronun üzvüdür : “AtaSıgorta”, “Standard Insurance”, “Xalq sığorta”, “Pasha Sıgorta”, “Atəşgah”, “AzSıgorta”, “AXA Mbask” və “Alfa Sigorta” ,”Azərsığorta”, ”MeqaSığorta”və “İpək Yolu Sığorta”
Xəbər verildiyi kimi, “İcbari sığorta növləri haqqında” qanun ümumilikdə, sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşacaq. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödəyəcəkləri daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə ümumi tədiyə məbləğinin 5%-ni büronun hesabına köçürəcəklər.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət