3 sığorta şirkətinin 6 nümayəndəsi sığorta təşkilatlarında rəhbər vəzifələr tutmağa imkan verən attestasiyadan keçib. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) xəbərində qeyd edilir.
“Dövlət Sığorta Nəzarəti Xidməti mayın 5-də sığorta təşkilatlarında rəhbər vəzifələr tutan şəxslərin attestasiyası üçün növbəti test imtahanı təşkil edib. İmtahanda iştirak edən 6 nəfər attestasiyadan uğurla keçib. Onlar test imtahanı zamanı təqdim olunmuş 100 sualdan 70-nə düzgün cavab verib”, - deyə məlumatda bildirilir.
Xüsusilə “AzSığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Xalq sığorta” şirkətlərinin idarə heyətlərinin və təftiş komissiyalarının üzvləri attestasiyadan uğurla keçib.
Bundan başqa, 36 fiziki şəxs sığorta agenti kimi fəaliyyət üzrə lisenziya almaq üçün DSNX-nin attestasiyasından uğurla keçib.
“3 may və 5 may tarixlərində keçirilmiş imtahanlarda iştirak edən 39 nəfərdən 36-sı təqdim olunan 100 sualdan 70-nə düzgün cavab verib. Onlar sığorta agentləri kimi fəaliyyətə lisenziya almaq hüququna malikdirlər”, - deyə məlumatda vurğulanır.
Test imtahanları “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2.7-ci maddəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarına uyğun olaraq təşkil edilib.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə görə, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən agentlik fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirir. Sığorta agenti kimi fəaliyyət üzrə lisenziya almaq üçün dövlət rüsumu hüquqi şəxslər üçün 1 min manat, fiziki şəxslər üçün 200 manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət