Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının ardıcıl tərəfdarı olub. Bu barədə ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri İqor Popov bazar ertəsi Bakıda jurnalistlərə bəyan edib.
“Biz ona əsaslanırıq ki, Rusiyanın bu vasitəçilik işi ATƏT-in Minsk qrupunda həmkarları ilə birgə davam ediləcək”, - deyə İ.Popov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan başçıları arasında görüşlərin təşkili məsələsi barədə suala cavab verərək bildirib.
ATƏT-in Minsk qrupun həmsədri xatırladıb ki, V.Putinin bu günlərdə Rusiya prezidenti kimi imzaladığı ilk fərmanlardan biri xarici siyasətə aid olub. Burada bildirilir ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkəri ilə birgə, 2009-2011-ci illərdə yüksək səviyyədə əldə olunmuş razılıqları nəzərə alaraq, Dağlıq Qarabağ münaqişə tərəflərinə yönəldilən sülh nizamlanmasına nail olmaq üzrə işi fəal davam etdirəcək.
Bazar ertəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüşlərin nəticələrindən danışaraq, İ.Popov məlumat verib ki, burada “nizamlanmanın aktual məsələləri müzakirə edilib (Dağlıq Qarabağ münaqişəsinin – İF-Az.)”.
“Biz bu ilin yanvarında Soçidə əldə olunan razılıqların reallaşdırılmasının gedişatını müzakirə etdik. Xüsusilə, nizamlanmaya dair sənədin üzərində işə toxunulub. Biz ictimaiyyətin nümayəndələri, gənclər arasında əlaqələrin necə təşkil edilməsini daha yaxşı olması barədə müzakirələr apardıq. Həmçinin bu ilin aprelin sonunda Erməni-Azərbaycan təmas xəttində baş verən insidentlərlə bağlı məsələyə toxunulub. Biz həmsədrlərin verdiyi bəyanatı müzakirə etdik”, - deyə o qeyd edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət