23 may 2012-ci ildə Heydər Əliyev adına Sarayın səhnəsində «BUTA» İncəsənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi və PASHA BANK ilə birgə «Növrəsli 4» adlı növbəti maraqlı layihəsini təqdim edəcəkdir.
Layihə məxsusi olaraq “Avroviziya 2012” müsabiqəsi zamanı keçirilmək üçün düşünülüb ki, burada da məqsəd Bakı sakinlərinə və şəhərimizin çoxsaylı qonaqlarına müasir Azərbaycan mədəniyyətinin gözəlliklərini nümayiş etdirməkdir.Layihə çərçivəsində Növrəsli qardaşlarının: Azərbaycan Respublikasının Əməkdar Artisti Şahin Növrəsli, Tərlan Növrəsli, Arslan Növrəsli və Nurlan Növrəslinin, eləcə də Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçəyevin rəhbərliyi ilə Azərbaycan Kamera Orkestrinin, Şahin Növrəslinin caz-qrupunun, Pantomima Teatrı aktyorlarının və digərlərinin çıxışları nəzərdə tutulub.
Gecədə qonaqlar tar və kamançanın müşayiəti altında valehedici Azərbaycan muğamından, cazibədar klassik musiqidən, gözəl caz əsərlərindən, poeziya dəqiqələrindən və s. zövq alacaqlar. Layihə Azərbaycan musiqi alətlərinin bütün gözəlliyini, eləcə də Azərbaycan musiqiçilərinin peşəkarlığını tamaşaçılara bir daha nümayiş etdirəcəkdir.Bacarıqla hazırlanmış bu proqram zalda əyləşən hər bir qonağın marağına səbəb olacaq.
BUTA İM-nin Direktoru cənab Nəsib Piriyev proqram haqda belə demişdir: «Heydər Əliyev sarayında keçiriləcək konsert yəqin ki, bizim son illərin ən parlaq layihələrimizdən biri olacaq – Azərbaycan mədəniyyəti ilə müasir musiqinin bu qədər janrlarını və istiqamətlərini birləşdirən proqram mütləq hər bir izləyicinin qəlbini riqqətə gətirəcək. Mən əminəm ki, Növrəsli qardaşlarının inanılmaz çoxcəhətliliyi və istedadı Bakının Avropa pop musiqisinin paytaxtına çevriləcəyi günlərdə şəhərimizin qonaqlarını valeh edəcək. Bu dördlüyün çoxdankı pərəstişkarlarını isə "Buta"dan növbəti sürprizlər gözləyir – əgər konsertin ilk bölməsi hər bir azərbaycanlının vətənin zəngin mədəniyyətinə və ənənələrinə məhəbbəti ilə yadda qalırsa, ikinci hissə artıq müasir dünya musiqisi ilə parlaq eksperimenti və klassik ənənələrə söykənən bütün kanonlara çağırışı özündə ehtiva edir!
Mən həmçinin bizim layihə tərəfdaşlarımız olan Mədəniyyət və Turizm Nazirliyinə və PASHA BANK`a müasir Azərbaycan incəsənətinin təbliğinə verdikləri qiymətli töhfəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm.»
Biletləri şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 5 manatdan 60 manata qədərdir. Buta İncəsənət Mərkəzinin əlaqə nömrəsi: (055) 444 5444
.............................................................
“Buta” İncəsənət Mərkəzi haqda:
2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış “Buta” İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir və incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. “Buta” İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini vermişdir – mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə Mərkəz 5 illiyini Londonda Azərbaycan İncəsənətinin 100 günlük Festivalı ilə qeyd etmişdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət