Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 90,3 mln. manat məbləğində güzəştli kreditlər verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir ki, bu ilin əvvəlindən fondun vəsaitləri hesabına 922 investisiya layihəsi maliyyələşdirilib.
Ölkə regionları üzrə 848 investisiya layihəsinin maliyyələşdirilməsinə 79,3 mln. manat və Bakı qəsəbələri üzrə 74 investisiya layihəsinin maliyyələşdirilməsinə 11 mln. manat güzəştli kredit verilib.
“Bu layihələrin reallaşdırılması 3 750-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə Ş.Abdullayev bildirib.
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Mingəçevir şəhərində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Mingəçevir şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 120-dək sahibkar iştirak edib.
2012-ci ilin əvvəlindən Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin müxtəlif sahələri əhatə edən 421 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,4 mln. manat güzəştli kredit verilib.
“Mingəçevir şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 7 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 120-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət