Azərbaycan özünə dost və ya düşmən seçmək üçün heç kimə icazə verməz . Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə bəyan edib.
“İran istəyir ki, Azərbaycan onun dostları ilə dost olsun, düşmənləri ilə ədavət aparsın.Onlar bunu, o cümlədən İsrail və ABŞ ilə əlaqələrdən imtina etməyi açıq şəkildə bizdən tələb edirlər. bizim anti-Qərb kampaniya aparmağımızı tələb edirlər”,- deyə Ə.Həsənov bazar ertəsi mətbuat konfransında bildirib.
“Biz əvvəldən öz siyasətimizi elə qurmuşuq ki,İranın dostu avtomatik bizim dostumuz, düşməni düşmənimiz ola bilməz. Biz həm İranla, həm də digər dövlətlərlə əlaqələri öz milli maraqlarımız əsasında qururuq”,- deyərək o əlavə edib ki, həm İsrail,həm ABŞ, həm Rusiya,həm Gürcüstan həm də İranla “biz tərəfdaşlıq əlaqələri qurmuşuq”
Ə.Həsənovun sözlərinə görə,Azərbaycanın xarici siyasətinin digər prinsipi budur ki, ölkənin ərazisi, sərhədləri və siyasəti heç bir vaxt İran əleyhinə istifadə edilə bilməz, eyni zamanda İsrail və Qərb əleyhinə də istifadə edilə bilməz.”Bizim dövlətimizin öz maraqları və öz siyasi kursu var.Biz Qərbin İran əleyhinə yürütdüyü təbliğatda da iştirak etmirik”,- deyə Ə.Həsənov bildirib.
Bununla yanaşı,o Azərbaycanı şiə dövlət kimi qiymətləndirən İran tərəfinə cavab olaraq qeyd edib ki,Azərbaycan müsəlman dövləti olsa da şiəyə sünniyə ayrilmir( İslamın cərəyanları- İF- Az) .
“Biz ölkəmizi dini prinsiplər üzrə ayırmaq cəhdlərindən birdəfəlik imtina etmişik.Biz düşünürük ki, İslamın əsasında Quran.dayanır. Biz onun norma və prinsiplərinə, konkret tələblərinə əməl edirik..Dini məhz siyasi məqsədlər üçün istifadə etmək cəhdləri ona gətirib çıxarır ki, müsəlmən ictimaiyyətini vəhhabiyə, sünnüyə, şiəyə , nurçuya və digər cərəyanlara bölməyə cəhd edirlər.Çoxları bizə bu və ya digər maskanı geydirməyə çalışır.Azərbaycan xalqı özü olaraq qalmaq istəyir”,- deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan eyni zamanda öz milli maraqlarından irəli gələn öz dini modelini hazırlamağa çalışır.
“Biz bu baxımdan heç kimə bənzəmək və kiminsə arzuladığı kimi müsəlman olmaq istəmirik.Biz Quranın dediyi kimi müsəlmanlarıq”,- deyə Ə.Həsənov bildirib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət