Azərbaycan öz daxili işlərinə qarışmağa heç kimə icazə verməz. Xarici İşlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Adullayev çərşənbə axşamı brifinqdə belə bəyan edib.
“Azərbaycan onun daxili işlərinə qarışmaq istəyən qüvvələrə həmişə adekvat cavab verir”,- deyə E.Abdullayev son vaxtlar İranda aparılan anti-Azərbaycan kampaniya barədə şərh verərkən bildirib.
O qeyd edib ki, Azərbaycan heç kimə öz şərtlərini ona diktə etməyə icazə verməz.
“Bu qüvvələr Azərbaycanın başqa ölkələrlə açıq qapı siyasətini davam etdirəcəyi fikri ilə barışmalıdırlar”,- deyə o bildirib.
Onun sözlərinə görə, İranın rəsmi şəxsləri tərəfindən Tehrandakı Azərbaycan səfirinə ölkələr arası münasibətlərdə heç bir problem olmadığı, səfirin Bakıdan yalnız məsləhətləşmələr üçün çağrıldığı bildirilib.”Digər tərəfdən.Bakıdakı İran səfirliyindən bəyan edilir ki, səfirin geri çağırılması müəyyən reaksiyadır .Göründüyü kimi, İranın daxilində də bu məsələ ilə bağlı vahid fikir yoxdur”,- deyə XİN nümayəndəsi bildirib.
“Təəssüf ki, Azərbaycanın inkişafını,”Eurovision” kimi möhtəşəm tədbirin keçirilməsini, bura çoxlu qonaqların gəlməsini bəziləri qısqanclıqla qarşılayırlar”,- deyən E.Abdullayev əlavə edib ki, Bakının qonaqları arasında həm də çoxli iranlı var.
Bir sıra İran KİV-lərinin Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna hücum olunması ehtimalı ilə bağlı xəbərlərini şərh edərkən E.Abdullayev qeyd edib ki, Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin təhlükəsizliyini İran özü təmin etməlidir, lakin “Azərbaycan da öz tərəfindən müvafiq tədbirlər görür “
Xəbər verildiyi kimi,İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami məsləhətləşmələr üçün vətəninə qayıdıb.
Bakıdakı İran səfirliyinin mətbuat xidməti müvəqqəti işlər vəkili Əhməd Nəmatiyə istinadən İran səfirinin may ayının 21-də axşam “Dini liderlərinin təhqir olunması ilə əlaqədar zəruri məsləhətləşmələr aparmaq üçün” Tehrana yola düşüb.
Keçən həftə Bakıda İran səfirliyi qarşısında Azərbaycanın müxalifət və diaspora təşkilatlarının Tehranın yürütdüyü anti- Azərbaycan siyasətinə və bu ölkənin çoxmilyonlu azərbaycanlı əhalisinin hüquqlarının tapdanmasına etiraz əlaməti olaraq bir neçə aksiya keçirilib.Etiraz aksiyası zamanı İran prezidentinin və dini liderinin fotoşəkillərindən tənqidi şərhlərlə istifadə edilib.
Piketlər Tehranda , Təbrizdə və İranın digər şəhərlərində müntəzəm olaraq keçirilən və hazırda da davam edən anti-Azərbaycan aksiyalarına cavab olaraq keçirilib.İranda keçirilən aksiyalarda iştirakçılar Azərbaycan hökumətini Qərb ölkələri ilə əməkdaşlığa və aksiya təşkilatçılarının fikrincə İslam qanunlarına zidd olan “Eurovision”mahnı müsabiqəsinin Bakıda keçirilməsinə görə tənqid edirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət