Argentinanın daxili ticarət katibi Gilyermo Morenin rəhbərlik etdiyi ticarət missiyası iyul ayında Bakıya səfərə gələcək.Bu barədə Azərbaycanın Buenos -Ayresdəki səfiri Məmməd Əhmədzadə Respublika Günü münasibəti ilə səfirlik tərəfindən keçirilən rəsmi qəbulda məlumat verib
İkitərəfli münasibərlərdən danışan səfir qeyd edib ki,Azərbaycan və Argentina arasında münasibətlərin inkişafı yalnız iki ölkənin xeyrinə deyil.Bu ümumilikdə Latın Amerikası ilə Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında əlaqələrinin yaxınlaşmasına kömək edəcək.
M.Əhmədzadə Azərbaycanda Argentina səfirliyinin təsis edilməsinə dair qərarına görə Argentina Prezidentinə minnətdarlığını bildirib.“ Sözsüz ki, bu qərar bizim ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmlənməsində çox vacib rol oynayacaq”.- deyə səfir vurğulayıb.
Azərbaycan səfirliyi tərəfindən Respublika Günü münasibəti ilə təşkil edilmiş rəsmi qəbulda Argentinanın turizm naziri,xarici ticarət katibi, kənd təsərrüfatı katibi və deputatlar iştirak ediblər.
Bundan başqa, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə,
Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxal Əlaqələr İnstitutunun nəzdində Azərbaycanşünaslıq kafedrası fəaliyyətə başlayıb.Kafedranın açılış mərasimində Universitetin rəhbərliyi, alimlər və xarici siyasət idarəsinin nümayəndələri iştirak edib.
Tədbirdə Beynəlxalq Əlaqələr İnstitutunun rektoru, eyni zamanda Azərbaycanşünaslıq kafedrasının müdiri Norberto Konsani çıxış edərək Argentina –Azərbaycan əlaqələrinin vacibliyindən danışıb.O qeyd edib ki,kafedranın yaradılması argentinalılara respublika ilə daha yaxından tanış olmağa imkan verəcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət