Rusiyanın RU ENERGY neft servis holdinqi Nobel Oil şirkəti ilə Azərbaycanda birgə müəssisə yaratamaq barədə danışıqlar aparır.Bu barədə holdinqin vitse-prezidenti Abdul Lezgiyev bazar ertəsi “İnterfaks - Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçiriləın mətbuat konfransında bildirib.
“Azərbaycanda Birgə Müəssisə yaratamaq barədə Nobel Oil şirkəti ilə danışıqlar olub,lakin sənədlər hələ imzalanmayıb.Bizim neft qaz nəqli,mədən avadanlığı sahəsində əməkdaşlıq üzrə ümumi anlayışımız var”.- deyə A.Lezgiyev söyləyib.
Bununla yanaşı, o qeyd edib ki, Azərbaycanda Birgə Müəssisə yaradılmasına şirkətin ayıracağı investisiyalar onlarla milyona bərabər ola bilər.
Onun sözlərinə görə,şirkət neft qaz xidməti sahəsində birinci müqaviləni əldə edən kimi Azərbaycanda sevis mərkəzi də açmağa hazırdır
“Hazırda avadanlıq satışı sahəsində SOCAR şirkəti(AzərbaycanDövlət Neft şirkəti) , Absheron Operating Company və Neftchala Operating Company ilə əməkdaşlıq edirik.Biz bu bazarda özümüzü təsdiq etmək ,əlaqələrimizi beynəlxalq standartlara cavab verən yüksəkkeyfiyyətli xidmətlər və avadanlıqlar təqdim etməklə möhkəmləndirmək istəyirik”,- deyə o bildirib.
Ə.Lezgiyev qeyd edib ki,şirkət 2012-ci ildə karbohidrogen hasilatı sahəsində fəaliyyətə başlamaq niyyətindədir.
"RU ENERGY hazırda neft-qaz hasilatı üzrə layihələrdə iştirak etmir,biz bu bazara daxil olmaq istərdik və 2012-ci il bu cəhətdən bizim üçün strateji il kimi müəyyənbləşdirilib”,- deyə o əlavə edib.
Moskva beynəlxalq neft-qaz klubunun icraçı vitse- prezidenti Toğrul Bağırov qeyd edib ki, RU ENERGY və Nobel Oil arasındakı əməkdaşlıq səmərəli ola bilər.
“Nobel Oil şirkəti SOCAR şirkəti ilə birgə Ümid və Xəzər yataqlarında karbohidrogen ehtiyatlarıənın kəşfiyyatı ilə məşğul olduğu üçün Azərbaycanda neft-qaz hasilatı sahəsində aktivlərə malikdir.Bu layihədə SOCAR 80 %,Nobel Oil 20 % pay sahibidir. Bu yataqlarda qaz ehtiyatlarının mövcudluğu qəti təsdiqləndikdən sonra iki şirkət arasında onun işlənməsinə dair müqavilə bağlanacaq”,- deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət