Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təəssüf edir ki, Ermənistan Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların əsasını təşkil edən güc tətbiq edilməməsi prinsipini pozur.
“İndiki halda güc tətbiq edilib və bu, Ermənistan tərəfindən baş verib", - deyə E.Məmmədyarov çərşənbə axşamı keçirdiyi brifinqdə həmin gün səhər saatlarında Qarabağ münaqişəsi zonasında baş vermiş və 5 Azərbaycan hərbçisinin ölümü ilə nəticələnmiş silahlı insidenti şərh edərkən bildirib.
Nazirin sözlərinə görə, ümumilikdə, Azərbaycan ərazisinin bir hissəsinin işğalı güc tətbiq edilməməsi prinsipinin Ermənistan tərəfindən pozulmasının nəticəsidir. "Təəssüf ki, münaqişənin başa çatması haqqında danışmaq olmur. Biz həmişə anlamışıq ki, münaqişəni bir gecəyə həll etmək mümkün deyil. Buna görə də münaqişənin mərhələli şəkildə həllinə tərəfdarıq”, - deyə o qeyd edib.
Nazir deyib ki, Azərbaycan tərəfi çərşənbə günü Bakıda ABŞ-ın dövlət katibi Hillari Klintonun iştirakı ilə baş tutacaq danışıqlarda, eləcə də iyunun 18-də Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə münaqişə zonasında baş vermiş silahlı insidentlə bağlı məsələni müzakirəyə çıxarmaq niyyətindədir.
Xəbər verildiyi kimi, çərşənbə axşamı səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən təxribatın qarşısını alıb. İnsident nəticəsində Azərbaycanın 4 hərbçisi şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, hadisə saat 06.30-da baş verib. Ermənistan təxribatçıları Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu ilə yanaşı, daha bir əsgər Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində şəhid olub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət