“İnterfaks –Azərbaycan”agentliyinin Asiya İnkişaf Bankının (AİB) Bakı ofisinin direktoru Olli Noroyono ilə müsahibəsi
-May ayında AİB-in bir neçə missiyası Azərbaycana gəldi. Bu missiyaların səfərlərinin yekunları necədir?
-Bu missiyaların səfərlərində əsas məqsəd Azərbaycanın özəl və maliyyə sektorlarının qiymətləndirilməsidir.Bu qiymətləndirmə yeni beşillik strategiyanın hazırlıq prosesi çərçivəsində həyata keçirildi.Strategiyada qiymətləndirmənin iki növü nəzərdə tutulub:sektoral və tematik qiymətləndirmə.Sektoral qiymətləndirmədə biz işlədiyimiz, eləcə də maliyyələşdirməyi planlaşdırdığımız sektorların qiymətləndirməsini aparırırq.Məsələn,nəqliyyat, su təchizatı və energetika.Tematik qiymətləndirmə isə idarə etmə sistemi,ətraf mühit, yoxsulluğun səviyyəsi və bunun kimi digər istiqamətlərdə aparılır.AİB-ın baş mütəxəssisi Yurgen Konradın rəhbərlik etdiyi missiya maliyyə və özəl sektorun qiymətləndirməsini aparıb.Missiya, xüsusilə bank, sığorta sektorlarının,eləcə də bank olmayan kredit təşkilatlarının, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi mexanizmlərinin,banklar üzərində prudensial nəzarətin, bu sektorda şəffaflığın qiymətləndirilməsini keçirib.
Əlavə olaraq deyim ki,biz iki istiqamət üzrə özəl sektorun qiymətləndirilməsini aparırıq:bu sektorun inkişafı üçün şəraitin yaradılması, eləcə də ölkənin iqtisadi inkişafı yönündə özəl sektorun qarşılaşdığı maneələr.
-Bu yaxınlarda siz bildirdiniz ki, AİB Azərbaycanın bank sektorunu maliyyələşdirməyə maraq göstərir. Öz səfəri çərçivəsində Y.Konradın Azərbaycan Banklar Assosiasiyası rəhbərliyi ilə görüşünü nəzərə alaraq yaxın vaxtlarda bu istiqamətdə konkret addımlar atılacağını gözləmək olarmı?
.- Y.Konradın missiyasının məqsədi yalnız sadalanan sektorların qiymətləndirilməsidir.Lakin,bütün bunların qismən qarşılıqlı əlaqəsi var.Axı, hər hansı kommersiya bankını maliyyələşdirmək üçün birinci növbədə bank, sonra özəl sektorun qiymətləndirilməsi aparılmalıdır .Y.Konradın missiyası bank sektoru əməliyyatlarının,eləcə də bank mühitinin qiymətləndirliməsini aparıb, bizdə bu sahədə olan vəziyyət barədə ümumi təsəvvür yaranıb. Aldığımız məlumata müvafiq olaraq hansı hissə üzrə maliyyələşməni həyata keçirəcəyimizə dair planlar qururuq: bu ipoteka kreditləşməsi.,kiçik və orta sahibkarlığın inkişafı, korporativ bankinq ola bilər.
-Hər halda, AİB tərəfindən Azərbaycan banklarının cari ildə kreditləşməsini gözləmək olarmı?
- Biz bir sıra yerli banklardan kredit verilməsi ilə bağlı təkliflər almışıq.Amma, bu məxfi informasiyadır. Buna görə mən onların sayını deyə bilmərəm, kreditləşmənin həcmini və bankların adını da söyləyə bilmərəm, çünki, bu danışıqların gedişinə mənfi təsir göstərə bilər.Yalnız, onu deyə bilərəm ki, bu yaxınlarda qiymətləndirmə məqsədi ilə bizim missiyalarımız Azərbaycana gəlib və cari il ərzində kredit vəsaitləri banklara təqdim olunacaq.Kreditləşmənin həcmi və maliyyələşdirilən bankların sayı AİB-də olan vəsaitlərdən asılı olacaq.
-Əhalinin banklarda olan əmanətlərinin həcmi artsa da, Azərbaycan əhalisinin “döşək altında” pul saxlamaq tendensiyası qalmaqdadır.Necə düşünürsünüz , bu problemi həll etmək üçün hansı tədbirləri görmək lazımdır?
-Bankların sayının çoxluğu bu sektora yaxşı heç nə gətirmir, onun fəaliyyətini pisləşdirə bilər.Bundan başqa,bankların sayının çoxluğu göstərilən xidmətlərin səviyyəsinin aşağı düşməsinə gətirir.Bu sektorun oyunçuları əhalinin etibarını qazanmalıdırlar-bunsuz sektorun inkişafı mümkün deyil.Bu dünya təcrübəsidir.Bu praktika tətbiq edilsə, insanlar özləri banklara gedəcəklər, onlarda maraq yaranacaq.
-AİB və Azərbaycan hökuməti arasında əməkdaşlığın yeni strategiyası ilə bağlı hazırlıq işləri nə vəziyyətdədir?
-Yeni strategiya çərçivəsində əsas istiqamətlər əvvəlki kimi qalır:nəqliyyat,şəhər təsərrüfatı,(su təchizatı,şəhər nəqliyyatı,mıəişət tullantılarının idarə edilməsi-İF-.Az) və energetika.Strategiya özəl və dövlət sektorlarını əhatə edir. Bizim strategiyamızda konkret layihələr əks olunmur.Artıq startegiya hazırlandıqdan sonra bu prioritetlər üzrə konkret təkliflərə baxılır.Yeni strategiya 2013-2017-ci illəri əhatə edəcək.Biz həmçinin, 2013-2015-ci illərin biznes-planı üzərində işıəyirik.Yeri gəlmişkən biznez-plan hər il yenilənir.
-Azərbaycan Hökuməti iqtisadiyyatın difersifikasiyasını əsas prioritet elan edib.AİB Hökumətin bu istiqamətdə fəaliyyətini necə qiymətləndirir?Bu məsələdə bank nə kimi kömək göstərə bilər?
-Biz Azərbaycanda iqtisadiyytın difersifikasiyasının vacibliyini həmişə qeyd etmişik.Bununla əlaqədar ASK,turizm, kim sahələrə diqqət yönəltmək lazımdır, çünki Azərbaycanın bu istiqamətdə böyük potensialı var.Düzdür, biz birbaşa bu sektora aid layihələri maliyyələşdirmirik, lakin bizim layihələrimiz dolayısı ilə onlara aid olur.Məsələn, hər hansı bir yolun tikintisi turizm və ASK sektoruna təsir göstərir. Birbaşa bu sektorlarla biz hazırda işləmirirk və yaxın gələcəkdə belə layihələrin kreditləşməsi gözlənilmir.
Hazırda Azərbaycanın neft gəlirləri büdcədən və ya Dövlət Neft Fondundan müxtəlif layihələrin reallaşmasına ayrılır.Mən xüsusi bir fərq görmürəm, nəticədə o da , bu da dövlət vəsaitidir.Əsas odur ki, vəsaitlər mənfəətliliyi və səmərəliliyi nəzərə alınmaqla dövlət üçün prioritet layihələrə yönəldilsin.
Dövlət Neft Fondu riskləri azaldaraq öz investisiya portfelini artırmalıdır.Ölkədə və ya xaricdə böyük investisiyalar yatırmaq olar, məsələn qızıla və ya səhmlərə.Dövlət Neft Fondunun imkanlarının bu istiqamətdə artırılması fondun portfelinin genişləndirliməsinə kömək edər.
-AİB-nın Direktorlar Şurası 2011-ci ildə Azərbaycanda müvafiq olaraq su və yol layihələri üzrə $200 mln və $300 mln. məbləğində iki kreditin ayrılmasına razılıq verib.Su layihəsi üzrə kredit artıq ayrılıb.Bəs son layihə nə zaman ayrılacaq?
-Bu günlərdə AİB-in müstəqil şöbəsinin missiyasının səfəri çərçivəsində biz, Azərbaycan Hökuməti ilə,su təchizatı layihəsi çərçivəsində kreditin $300 mln. məbləğində ikinci tranşını ayırmaq barədə müqaviləni imzalamışıq.Kredit dörd ili güzəştli olmaqla 24 il müddətinə ayrılıb.Bu investisiya proqramı Ağdaş,Ağcabədi, Balakən, Beyləqan. Göyçay və Naxçıvanda 500 min insanın yüksək keyfiyyətli, fasiləsis rejimdə su ilə təminatına kömək edəcək.
Bildiyiniz kimi, proqramın reasllaşması üçün AİB tərəfindən $600 mln. vəsait ayrılması nəzərdə tutulur.Azərbaycan bu layihəyə $110 mln. vəsait ayıracaq.
Birinci tranş çərçivəsində Azərbaycana AİB tərəfindən $75 mln.ayrılıb,yeri gəlmişkən,bu kredit AİB tərəfindən Azərbaycana ayrılan ən böyük kreditdir.Yaxın vaxtlarda bu proqramın reallaşdırılmasının nəticələrini görə biləcəyik.
Yol kreditinə gəlincə, o hələ ki, yubanır.
-Yeni layihələr arasında siz energetika layihəsi barədə xatırlatdınız .Bu nə layihədir?
–“Azərenerji” ASC AİB-ə enerji sektorunun inkişafına dəstək, xüsusu ilə elektrik paylayıcı şəbəkənin genişləndirilməsi və yenidənqurulması üçün kredit ayrılması ilə bağlı müraciət edib.Söhbət $500 mln. həcmində çoxtranşlı kreditin ayrılmasından gedir.
Xüsusilə, yaşayış, kənd təsərrüfartı, kommersiya və sənaye obyektlərinin elektrik enerjisi ilə etibarli təminatinin səviyyəsini artiracaq 7 regional enerjipaylayıcı şəbəkənin bərpası və genişləndirilməsindən söhbət gedir .Elektrik təchizatının etibarlılığı məktəblər,xəstəxanalar və digər sosial xidmətlər üçün şəraitin yaxşılaşmasına gətirib çıxaracaq.Bundan başqa,elektik enerjisi xətlərinin yaxşılaşdırılması nəticəsində texniki itkilərin azalması, enerji haqlarının yığılmasının səmərəliliyi, elektrik təzhizatı gücünün artırılması, xidmətin keyfiyyətinin artması gözlənilir.
Çoxtranşlı kreditin birinci komponentinə paylayıcı şəbəkələrin bərpasına, o cümlədən transformatorların dəyişdirilməsinə ayrılan investisiyalar daxildir.
İkinci komponentə smart-sayğacların quraşdırılması, köhnə sayğacların müasir elektron sayğacalarla əvəz olunması, üçüncü komponentə isə “Azərenerji”nin potensialının artırılmasına yönəlmiş layihəyənin nəzarəti və idarəedilməsi daxildir.
-Hazırda bankın kreditləşdirməyi nəzərdə tutduğu layihələr varmı?
- Hazırda biz cənub regionunda 60 km-lik yol hisssəsinin tikinti layihəsi üzərində işləyirik.Dediyim kimi, bu günlərdə Bakıya bankın Azərbaycanda 10 illik fəaliyyəti barədə hesabatımızı yoxlayan missiyamız gəlib.Missiya həmçinin, hökumət və inkişaf üzrə tərəfdaşımızla görüşlər keçirib.Bu hesabat tezliklə bu barədə yekun qərar qəbul etməli olan AİB-in Direktorlar Şurasına təqdim ediləcək .
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət