Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının hüquqları pozulmaqda davam edir.Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova belə bəyan edib.
“Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20%-dən çoxu işğal altındadır və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqları kütləvi şəkildə pozulur”,- deyə E.Süleymanova bazar ertəsi Bakıda keçirilən Ombudsmanların X Beynəlxalq konfransında çıxışı zamanı qeyd edib.
“Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpaqlarının azad edilməsinə dair qəbul edilən qətnamə və qərarlara baxmayaraq, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymamaqda və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir”,- deyə E.Süleymanova əlavə edib.
Bununla yanaşı, ombudsman Azərbaycanda insan hüquqlarının qorunması üçün lazımı şərait yaradıldığını bildirib.”Ölkədə insan hüquqlarının qorunması sahəsində qanunverici baza təkmilləşdirilir,insan hüquqları üzrə Milli Proqram qəbul edilib. Ombudsman institutu yaradılıb və inkişaf etməkdədir.Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə tolerant münasibət göstərilir”.- deyə osöyləyib.
Bununla belə, onun sözlərinə görə bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların həyatları üçün müxtəlif təhlükə və risklər mövcuddur.”Söhbət texnogen xarakterli risklərdən gedir.Son illər Azərbaycan torpaq sürüşmələri, daşqın və zəlzələlərlə tez-tez üzləşir.Qlobal hava dəyişiklikləri də buna təsir göstərir.Fövqəladə Hallar Nazirliyi ölkənin şimalında baş vermiş yeraltı təkanlara vaxtında reaksiya göstərərək dəymiş zərərin miqyasını yerində öyrənib və zəlzələnin nəticələrinin aradan qaldırılması ilə məşğul olub”.- deyə E.Süleymanova bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət