Prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın vaxtında icrası üçün əlavə vəsaitlərin ayrılmasını zəruri hesab edir.
“Bunu etmək üçün və xüsusilə əlavə tədbirlərin görülməsi ilə bağlı yeni maliyyə resurslarını əldə etmək üçün biz əlbəttə ki, gələn ilin dövlət büdcəsində investisiya proqramında bu məqsədləri təmin etməklə əlaqədar daha da böyük məbləğ nəzərdə tutmalıyıq”, - deyə Prezident Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransın sonunda bəyan edib.
“Əsas maliyyə yükü gələn ilə düşəcək. Əgər ölkəmizin ümumi iqtisadi inkişafını biz təmin edə bilsək, bizdə maliyyə problemi olmayacaq”, - deyə o qeyd edib.
İ.Əliyev Bakı Şəhər İcra Hakimiyyəti orqanlarına evlərin qızdırılması ilə bağlı problemlərin həllini tezləşdirməyi, gələn ilin sonuna kimi Bakı şəhərinin bütün küçələrində müasir işıq dirəkləri və daim, davamlı işığın olmasını təmin etməyi tapşırıb, Bakı şəhəri və ətraf qəsəbələrin 24 saat, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun səviyyədə təmiz içməli su ilə təmin edilməsi üçün su təchizatı və kanalizasiya ilə bağlı aktual problemləri tam həll etmək niyyətində olduğunu bəyan edib. Dövlət başçısı həmçinin uşaq bağçalarında uşaqların normal qidalanması ilə bağlı bütün məsələləri həll etməyi tapşırıb.
İ.Əliyev şəhərin mərkəzində sökülən köhnə evlərin sakinlərinin köçürülməsi prosesinə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, sökülən evlərə görə yerli sakinlər bazar qiymətindən artıq səviyyədə kompensasiya alırlar. “Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaq, binalar, restoranlar tikiləcək. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaq. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır”, - deyə İ.Əliyev vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət