Polşanın erməni icmasının az sayda nümayəndəsi Varşavda Azərbaycan səfirliyi qarşısında yarım saatlıq etiraz aksiyası keçirməyə cəhd edib. Lakin nəticədə onlar aksiya başlayandan 10 dəqiqə sonra aradan çıxmağa məcbur olublar.
Azərbaycanın Polşa Respublikasındakı səfirliyindən alınmış məlumatda bildirilir ki, cari ilin 19 iyun tarixində Polşanın rəsmi orqanlarından səfirliyə daxil olmuş məlumatda 20 iyun tarixində, saat 13:00-dan 13:30-dək özlərini heç bir təşkilata aid etməyən 20 nəfər fərdi şəxsin Səfirlik binası qarışısında “Tarixi ədalətsizlik” şüarı altında nümayiş keçirmək istəyində olduqları qeyd edilib. . Nümayiş keçirəcək şəxslərin kimliyi, hansı təşkilata mənsubluğu və hansı tarixi ədalətsizlikdən danışmaq fikrində olduqları səfirliyə məlum deyildi. Ancaq səfirlik müvafiq hazırlıq işləri aparmışdır.Nəticəsdə səfirliyə yaxınlaşan 10-12 erməni diplomatik missiyanın hasarlarından asılmış Azərbaycana qarşı erməni təcavüzünün nəticələrini, eləcə də Xocalı faciəsini əks etdirən şüar və fotoşəkillərlə qarşılaşıb. Aksiya iştirakçılarının Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürən şüarlarına qarşı səfirlik onları polyak dilində daha kəskin şüarlarla: “Şaumyan terroristdir, qatildir, cəlladdır”, “Bütöv Qarabağ Azərbaycanındır” və 20 iyun tarixinin Beynəlxalq Qaçqınlar Günü olduğunu nəzərə alaraq “Ermənistan aqressiyasının nəticəsi – 1 milyon Azərbaycan qaçqını” şüarları ilə qarşılayıb.
Məlum olduğu kimi cari ilin fevral ayında Səfirlik qarşısında çağırılmamış qonaqların nümayiş keçirmələrinə Müslüm Maqomayevin ifasında səslənən “Azərbaycan” mahnısı mane olub. Bu dəfə isə aksiya iştirakçısının anti-Azərbaycan nitqinin eşidilməsinə səfirliki ərazisində qoyulmuş səsgücləndiricilər vasitəsi ilə səsləndirilən Azərbaycan muğamları mane olub.
Varşavada futbol üzrə Avropa Birinciliyinin keçirilməsini və səfirliyin binasının Milli Stadiona çox yaxın bir ərazidə yerləşməsini nəzərə alsaq, səfirlik qarşısında keçirilən sərgi nəinki Polşa ictimaiyyəti, həmçinin xarici qonaqlar tərəfindən də müşahidə olunub.”,- deyə səfirliyin məlumatında bildirilir. Bundan əlavə, Qarabağ və Xocalı hadisələri ilə bağlı 500 nüsxədən çox ədəbiyyat Polşa ictimaiyyəti arasında paylanıb.
Səfirliyin qeyd etdiyi kimi,“Manifestasiya” adlandırdıqları və 30 dəqiqə müddətində planlaşdırılan tədbir, 10 dəqiqə gec başlandı, bir o qədər də tez qurtardı”.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət