Argentinanın xarici işlər naziri Hektor Timermanın və Daxili Ticarət üzrə dövlət katibi Gilyermo Morenonun rəhbərlik etdiyi Argentina ticarət missiyası 3-4 iyul tarixlərində Azərbaycana səfərə gələcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının 300 nəfərdən çox nümayəndəsi və iş adamları daxil olacaq. Səfərin məqsədi iki ölkə arasında bütün ticarət-iqtisadi əlaqələrin inkişafına və sərmayə qoyuluşlarına təkan vermək, bununla əlaqədar iyulun 3-4-də keçiriləcək Azərbaycan-Argentina biznes forumunda iştirak etməkdir. Forumda iki ölkənin şirkətləri ticarət, sərmayə, birgə istehsal, o cümlədən kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, tibb, neft, maşınqayırma və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcəklər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət