Dövlət Sosial Müdafiə Fondu daxili informasiya sistemlərinin “Hökumət Ödəniş Portalı”nın infrastrukturuna inteqrasiyasını başa çatdırıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Bununla əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlərin ödənişlərinin “Hökumət Ödəniş Portalı”nın infrastruktur imkanlarından istifadə edilməklə qəbul edilməsinə başlanılıb.
“Onlar ödənişlərini 41 bankın və “Azərpoçt” MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində apara bilərlər”, - deyə məlumatda qeyd edilir.
Hazırda Bakı, Sumqayıt, Abşeron, Gəncə, Ağcəbədi, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Qəbələ, Şamaxı, Şirvan, Xaçmaz və Yevlax regionları üzrə 125 minə yaxın sığortaedən haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənib. Digər regionlar üzrə ödənişlərin qəbul edilməsi həmin regionlarda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən mərkəzləşdirilmiş xəzinə hesabının tətbiq edilməsi ilə paralel olaraq davam etdiriləcək.
AMB-nin məlumatına görə, keçən dövr ərzində Vergilər və Maliyyə nazirliklərinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin daxili informasiya sistemləri “Hökumət Ödəniş Portalı”nın infrastrukturuna inteqrasiya olunub.
Növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və digər hökumət qurumlarının da daxili informasiya sistemləri “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunacaq.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət