“Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin səhmdarları Azərbaycan qazının Avropaya ixracı üzrə iki layihədən birində pay əldə edə bilərlər. Bu barədə SOCAR-ın prezidenti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) çərşənbə günü jurnalistlərə məlumat verib.
“Biz səylərimiz TAP (Transandriatik boru kəməri – İF-Az) və Nabucco West layihələrinə yönəltmişik. Azərbaycan qazının Avropaya ixrac marşrutuna dair son seçim 2013-cü ilin may ayına qədər ediləcək. “Şahdəniz” konsorsiumu onların üzərində idarəçilik qazanmaq üçün həmçinin seçilən layihədə pay əldə edə bilər”, - deyə o bildirib.
R.Abdullayev Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinə qədər “Trans Anadolu Pipeline” qaz kəmərinin (TANAP) tikintisi üzrə sazişlərin imzalanmasına toxunaraq qeyd edib ki, bu Azərbaycanın böyük layihələrindən biri və Türkiyədə ən böyük layihəsidir.
“TANAP-ın minimal gücü illik 16 mlrd. kibmetr qaz təşkil edəcək. Layihə Azərbaycan üçün çox böyük imkanlar yaradır”, - deyə SOCAR-ın prezidenti vurğulayıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Mərhələ-2”-nin dəyəri $22mlrd. məbləğində qiymətləndirilir. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub.
2011-ci il oktyabrın 25-də İzmirdə Azərbaycan və Türkiyə arasında Azərbaycan qazının Türkiyə və Avropaya ixracını nəzərdə tutan qaz sazişləri imzalanıb.Cəmi 15 sənəd , o cümlədən hökumətlərarası müqavilə, hasilatı 2017-ci ildə başlayacaq “Şahdəniz” layihəsinin Mərhələ-2 çərçivəsində Türkiyəyə qaz satışı üzrə saziş,eləcə də 2017-2042-ci illər ərzində Mərhələ-2 çərçivəsində hasil ediləcək qazın Türkiyə ərazisindən BOTAS infrastrukturlardan istifadə etməklə nəqli üzrə saziş və digər səınədlər imzalanıb.
Sənədlər paketinə əsasən,Mərhələ-2 çərçivəsində ildə 16 mlrd. kubmetr səviyyəsində hasil ediləcək qazın 6 mlrd. kubmetri Türkiyəyə,10 mlrd. kubmetri Avropaya nəql olunacaq.
Bundan başqa,2012-ci il iyunun 26-da İstanbulda Trans Anadolu (Trans Anadolu Pipeline, TANAP) qaz kəmərinin tikintisi üzrə sazişlər paketi imzalanıb.
“Trans Anadolu Pipeline” qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Nəzərdə tutulduğu kimi, Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üçün yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək: 10 mlrd. kubmetr - Avropa və 6 mlrd. kubmetr - Türkiyənin qərb regionları üçün.
TANAR layihəsində 20% Türkiyə tərəfinə, 80% SOCAR-a məxsusdur.
Qaz kəmərinin tikintisi $7 mlrd. dəyərində qiymətləndirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət