Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Dövlət Neft Şirkəti tərəfindən Sumqayıtda ilk dəfə olaraq müasir standartlar səviyyəsində inşa edilmiş, neft-kimya sənayesi üçün hər il yüzlərlə ixtisaslı fəhlə-kadrların hazırlanacağı Təlim-Tədris Mərkəzinin (TTM) təntənəli açılışı olmuşdur.
İyulun 4-də keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev Sumqayıtda «Azərikimya» İB və digər müəssisələr üçün yüksək ixtisaslı, peşəkar kimyaçı fəhlə kadrların hazırlanması məqsədilə yaradılmış yeni Mərkəzin açılış rəmzi olan qırmızı lenti kəsmişdir.
Təlim-Tədris Mərkəzinin girişində Ulu öndər Heydər Əliyevin büstünün qoyulduğu, hər bir sumqayıtlı, həmçinin gələcəyin qurucuları üçün dahi rəhbərin çağırış kimi səslənən «Hər kəs Sumqayıtın inkişafına öz töhfəsini verməlidir!» sözlərinin həkk olunduğu, xüsusi olaraq yaradılmış foto-guşə ilə bağlı Şirkətin prezidentinə və tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Burada xalqımızın ümummilli liderinin Azərbaycana rəhbərlik etdiyi 34 illik dövr ərzində ölkəmizin iqtisadiyyatının yüksəlişində, o cümlədən neft-kimya sənayesinin inkişafındakı rolunu, kimyaçılara göstərdiyi daimi diqqət və qayğını əks etdirən foto-ekspozisiyalar maraqla qarşılanmışdır.
Sonra tədbir iştirakçıları Təlim-Tədris Mərkəzi ilə yaxından tanış olmuşlar. Mərkəzin birinci mərtəbəsində uzun illər Sumqayıtın neft-kimya müəssisələrində çalışaraq, bu sahənin inkişafına öz töhfələrini vermiş, gələcəyin gənc kadrlarına örnək ola bilən onlarla qabaqcıl kimyaçının foto-şəkillərindən ibarət xüsusi stendə maraqla baxılmışdır.
Qonaqlar Təlim-Tədris Mərkəzinin ikimərtəbəli geniş korpusunda sabahın neft-kimya sənayesində çalışacaq aparatçı, təmirçi-çilingər, tornaçı, frezerçi, elektrik qaz qaynaqçı, texnoloji kompressorlar maşinisti, elektromontyor və s. kimi ixtisaslı fəhlə kadrların hazırlanması üçün hər cür əyani vasitələr, müasir avadanlıq, dəzgah və alətlərlə təchiz edilmiş müvafiq ixtisaslaşmış tədris otaqları ilə maraqla tanış olmuşlar.
Gələcək kimyaçı fəhlə kadrların müasir texnoloji qurğuları mükəmməl idarə edə bilmələri, onların texnoloji sxemlərini və konstruksiyalarını daha yaxşı öyrənib-mənimsəmələri məqsədilə burada bir-neçə neft-kimya istehsalatının iri maketləri yaradılmışdır ki, bu da onların iş prinsipinin əyani olaraq öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
Peşəsindən asılı olmayaraq Təlim-Tədris Mərkəzində fəhlə kadrların hər birinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl öyrənməsi üçün xüsusi tədris otağı da fəaliyyət göstərəcəkdir ki, burada gələcək peşə sahibləri bu mühüm sahələr üzrə mövcud qaydaları öyrənəcək, təhlükəsizliyin və yanğından qorunmanın təmin olunması üçün müvafiq mühafizə sistemləri və vasitələri, həmçinin ilk tibbi yardım üsulları ilə tanış olacaqlar.
İl ərzində yüksək ixtisaslı fəhlə kadrlar hazırlamaq imkanına malik olan Təlim-Tədris Mərkəzi zəngin elmi-texniki ədəbiyyatın toplandığı kitabxana, 45 yerlik yeməkxana, linqafon və müşavirə otaqları, həmçinin təlim ustaları və nəzəri tədris mütəxəssisləri üçün xüsusi otaqlarla təmin edilmişdir.
Sumqayıt Təlim-Tədris Mərkəzi ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən idarə olunacaqdır. Hazırda İdarə tərəfindən TTM-ə yüksək ixtisaslı, səriştəli müəllimlər və ustalar cəlb olunmuşdur.
Sumqayıtda ilk müasir Təlim-Tədris Mərkəzi ilə tanış olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev gənc fəhlə kadrların hazırlanmasında yüksək nəticələrə nail olunması üçün özünün muvafiq məsləhət və tövsiyələrini, göstərişlərini vermişdir.
Mərkəzin açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və universitetin müəllim heyəti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Sumqayıt Texnologiya Parkının, «Azgüntex» və «Azkompozit» zavodlarının, «Azərboru» və «Superfosfat» ASC-nin, Sumqayıt Kimyasənaye parkının, Karbamid zavodunun və ARDNŞ-in müvafiq strukturlarının rəhbərləri, Sumqayıt ictimaiyyətinin, həmçinin respublikanın televiziya və mətbuat nümayəndələri iştirak etmişlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət