2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının (MR) şəhər və rayon mərkəzləri tərəfindən 1225 insan işlə təmin edilib.Bu barədə “İnterfaks –Azərbaycan”agentliyinin regional bürosuna MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq üzrə Dövlət Xidmətindən məlumat verilib
“Yerli məşğulluq mərkəzlərinə müraciətl edən vətəndaşlar onları maraqlandıran işlə təmin olunublar. Göstərilən müddət ərzində işsiz statusu və isizliyə görə müavinət verilməyib.Həmçinin,qadın və gənclərin məğulluğunun təmin edilməsinə diqqər artırılıb.Göstərilən müddət ərzində işə düzələnlərdən 453 nəfər gənclər, 199 nəfər qadınlardır”,- deyə xidmətin nümayəndəsi agentliyin regional bürosuna bildirib .Onun sözlərinə görə,1996-cı il yanvarın 1-dən 2012-ci il iyulun 1-nə qədər MR-də 70474 yeni iş yeri yaradılıb, bunlardan 44178 və ya 62,7% daimi iş yerləridir.
“Vətəndaşların üşə düzəldilməsində rayon və şəhər məşqulluq mərkəzlərinin təşkil etdiyi əmək yarmarkaları vacib rol oynayır. Yalnız aprel ayında keçirilən son əmək yarmarkaları vasitəsi ilə 327 vətəndaş işlə təmin olunub.İlin sonuna qədər MR-nın hər bir rayonunda daha iki əmək yarmarkası təşkil olunacaq”,- deyə agentliyin müsahibi bildirib.O qeyd edib ki, iş axtaran vətəndaşların müvəqqəti işlə təmin olunması məqsədi ilə yaradılmış “Əmək Birjası”nın fəaliyyəti gücləndirilib.Cari ilin ilk 6 ayı ərzində birjaya müraciət etmiş 197 nəfər müvəqqəti və mövsümü işlərə yönəldilib,171 nəfər ödənişli ictimai işlərə , 62 nəfər xüsusi sosial müdafiyəyə ehtiyac olan vətəndaş kvota (normativ) iş yerlərinə cəlb edilib.
“Gənclərin peşə maraqlarını artırmaq, peşə yönümü üzrə işləri təkmilləşdirmək məqsədi ilə ixtisas kabinetlərində görülən işlərin səviyyəsi artırılıb.Cari ilin 6 ayı ərzində Naxçıvan şəhərində fəaliyyət göstərən məktəblərin 483 şagirdi belə məşğələlərə qatılıb.Bundan başqa, göstərilən müddət ərzində 129 vətəndaş peşə hazırlığı kurslarından keçib”.- deyə xidmətin nümayəndəsi bildirib.Onun sözlərinə görə, 2012-ci ilin Naxçıvan MR-də “Milli dəyərlər ili” elan edilməsi ilə bağlı, Məşğulluq üzrə Dövlət Xidmətinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində toxuculuq , aşpaz köməkçisi, xalçaçılıq üzrə kurslar təşkil edilib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət