Azərbaycan yaxın illərdə sementə olan tələbatını daxili istehsal hesabına ödəyə bilər.Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir.
“Biz istəyirik ki, Azərbaycanda tələb olunan məhsul ölkəmizdə istehsal olunsun.”Əminəm ki, biz bir neçə ildən sonra özümüzü sementlə də təmin edəcəyik”,- deyə İ.Əliyev çərşənbə axşamı Holcim (Azerbaijan) sement zavodunun yeni sobasının açılış mərasimində bildirib.
İ.Əliyevin çıxışının mətni rəsmi KİV-lərdə dərc olunub.
Onun sözlərinə görə, Azərbaycanın illik sement tələbatı 3,3 mln. ton təşkil edir.
Holcim (Azerbaijan) sement zavodimin istehsal gücü 1.7 mln. tona bərabərdir.”Lakin, nəzərə alsaq ki, bu yaxınlarda Naxçıvanda istehsal gücü 300 min tona bərabər olan zavod istismara verilib, yaxın vaxtlarda Ağstafa rayonunda istehsal gücü 1 mln. ton təşkil edən zavod istismara veriləcək, Qaradağda isə istehsal gücü 2 mln. ton olan zavod tikilir, onda bir neçə ildən sonra Azərbaycanda sement istehsalının həcmi tələbatımızdan çox olacaq”.- deyə o qeyd edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir.”Sözsüz, gələcəkdə daxili tələbat daha da artacaq.Çünki ölkəmizdə böyük tikinti və quruculuq işləri görülür.
Bu zavodun fəaliyyətə başlaması ilə ümid edirəm ki, gələcəkdə bizim sement ixrac etmək imkanımız yaranacaq”,- deyə o əlavə edib.
İ.Əliyev qeyd edib ki, Azərbaycanda qeyri -neft sektorunun inkişafına böyük diqqət ayrılır.”Bu bizim siyasətimizin əsas istiqamətidir.Bu ilin 6 ayı ərzində qeyri-neft iqtisadiyyatı 11 %-dən çox artıb.Öz enerji resurslarını səmərəli istifadə edərək, qeyri - neft sahəsinə investisiyalar qoymaqla biz ölkəmizi hərtərəfli inkişaf etdirirk”.- deyə Prezident qeyd edib.
O əlavə edib ki, Azərbaycanda investisiya iqlimi çox müsbətdir.”Son 17 il ərzində Azərbaycanda $120 mlrd.-dan çox, o cümlədən keçən il $15 mlrd. investisiyalar qoyulub. 2012-ci ildə təxminən $18 mlrd. investisiya qoyulması gözlənilir.Əminəm ki, gələcək illərdə də investisiyalaşdırma yüksələn xətlə davam edəcək, bu bizə ölkəmizdə infrasütruktur layihələrini gerçəkləşdirməyə, bütün köhnəlmiş infrastrukturu yeniləməyə, güclü sənaye potensialı yaratmağa imkan verəcək .
Xəbər verildiyi kimi, “Holcim” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. ASC-nin yerli sement istehsalı bazarında payı 35-40%-dir. Onun əsas səhmdarı İsveçrənin “Holcim” şirkətidir. Səhmlərin ayrı-ayrılıqda 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına və Azərbaycan İnvestisiya Şirkətinə, 10,6%-i özəl səhmdarlara məxsusdur.
Xəbər verildiyi kimi, Holcim (Azerbaijan) sement zavodunun yeni sobasının tikilməsi ilə zavodun sement istehsal gücü ildə 1,1 mln tondan 1,7 mln tona qədər, klinker istehsalı sutkada 2616 tondan 4000 tona qədər artacaq. yeni sement zavodunun tikinti lahiyəsinin ümumi dəyəri 300 mln.avro təşkil edir.Zavodun tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından, eləcə də Asiya İnkişaf Bankından 140 mln. avro məbləğində kreditlər alınıb.Bundan başqa, “Azərbaycan investisiya şirkəti” bu layihəyə 19 mln. manat ayırıb.Müəssisədə 500 nəfər işlə təmin olunub.
“Holcim” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. ASC-nin yerli sement istehsalı bazarında payı 35-40%-dir. Onun əsas səhmdarı İsveçrənin “Holcim” şirkətidir. Səhmlərin ayrı-ayrılıqda 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına və Azərbaycan İnvestisiya Şirkətinə, 10,6%-i özəl səhmdarlara məxsusdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət