2012-ci ilin «İdman ili» elan edilməsindən ötən dövr ərzində «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə idmanın bir neçə növü üzrə Birlik və Sumqayıt müəssisələri arasında təşkil edilmiş çoxsaylı yarışların siyahısına daha bir maraqlı yarış əlavə olunmuşdur.
14-15 iyul tarixlərində Quba rayonunun Amsar kəndi ərazisində “Sumqayıt” Peşəkar Futbol Klubunun, mətbuat nümayəndələri komandalarının və s. qatıldığı, beləliklə də Birliyin müəssisə və idarələrinin komandaları ilə birlikdə 10 komandanın iştirakı ilə keçirilən, maraqlı idman növü olan səmtləşmə üzrə yarışlara yekun vurulmuşdur.
Mövcud qaydalara uyğun şəkildə təşkil edilmiş yarışlarda 5 nəfərlik heyətlə çıxış edən komandalar iki gün ərzində 3 kilometrlik məsafəni qaçmaqla qət etmək, kəndir üzərində hərəkət, iplə tullanmaq, daşlar üzərində yerimək, kompasla səmtləri müəyyən etməklə hədəfi tapmaq və s. növlər üzrə güclərini sınamışlar.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin və müəssisə rəhbərlərinin də iştirak etdiyi, maraqlı və gərgin mübarizə şəraitində keçən, səmtləşmə idman növünün kimyaçılar arasında kütləviləşməsinə, onların asudə vaxtının səmərəli təşkilinə və sağlamlıqlarının möhkəmləndirilməsinə xidmət edən yarışlarda daha çox əzmkarlıq nümayiş etdirən “Sumqayıt” Peşəkar Futbol Klubunun, «Azərikimya» İB-nin idarə aparatının və “Üzvi sintez” zavodunun komandaları müvafiq olaraq I, II, III yerləri tutmuşlar. Qalib komandalar pul mükafatı və fəxri fərmanlarla təltif olunmuşlar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət