Meksika Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Meksika Deputatlar Palatasının rəhbəri Oskar Martin Arse Paniaqua cümə axşamı Bakıda Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovla görüşdə bəyan edib. Azərbaycanın Meksikada səfirliyinin açılmasını yüksək qiymətləndirən meksikalı qonaq ölkəsinin də Bakıda səfirliyinin təsis edilməsinin vacibliyini vurğulayıb.
İki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən E.Məmmədyarov Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərara görə minnətdarlığını bildirib.
Görüşdə, həmçinin Azərbaycan və Meksika Mədəniyyəti Günlərinin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, enerji, təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmin gün Azərbaycan XİN başçısı Amerika Yəhudi Komitəsinin rəhbəri Devid Harrisi qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, yəhudi icmasının ölkəmizin ictimai-siyasi həyatındakı rolu, eləcə də regional problemlər müzakirə edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət