Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Royal Bank”ın əmanətçilərinə sığortalanan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bankların nümayəndələri ilə görüş keçirib. Bu barədə fonddan məlumat verilib.
“Görüşdə “Royal Bank”ın sığortalanan əmanətlər üzrə öhdəlik reyestrinin agent bankların informasiya sisteminə keçirilməsi, ödənişlərin həyata keçiriləcəyi filialların müəyyən edilməsi imkanları müzakirə olunacaq”, - deyə məlumatda qeyd edilir.
Müzakirələrin yekununda agent banklarda kompensasiyaların ödənilməsi üçün işçi qrupların yaradılması barəqə qərar qəbul edilib.
Fondun qərarına görə, “Royal Bank” ADIF-in üzv bankları reyestrindən xaric olunub.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı 2012-ci il iyulun 13-dən etibarən fəaliyyətində qanun pozuntuları ilə əlaqədar “Royal Bank” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
İyulun 18-də növbədənkənar iclasda ADIF-ın Qəyyumluq Şurası “Royal Bank”ın əmanətçilərinə sığortalanan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə dair agent bankları müəyyən edib. Xüsusilə, “Muğanbank”, “Bank Respublika” və “AGBank” agent banklar seçilib.
“Royal Bank”ın əmanətçilərinə sığortalanan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 2012-ci avqustun 1-dən etibarən başlanılacaq.
ADIF-ın məlumatına əsasən, “Royal Bank” əmanətçilərinin 98%-i fond tərəfindən sığortalanıb. 30 min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100% həcmində kompensasiya ediləcək.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət