Azərbaycanda 2021-ci ilə qədər alternativ və bərpa olunan enerji mənbələrinin istehsal gücü 2500 MVt təşkil edəcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin ləğvetmə komissiyasının sədr müavini Cəmil Məlikov məlumat verib.
“2015-ci ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin enerji qücü 830 MVt təşkil edəcək, bu isə enerji gücünün ümumi həcmindən 12-15% təşkil edəcək”, - deyə C.Məlikov çərşənbə axşamı “2013-2015-ci illərdə Alternativ və Bərpa olunan Enerji Mənbələrindən və Enerjidən səmərəli istifadə olunması üzrə orta müddətli tədbirlər planı”nın təqdimatına həsr olunan seminarda bildirib.
Onun sözlərinə görə, plana əsasən, Azərbaycanda alternativ enerjinin payı enerji istehsalının ümumi həöcmində 20%-ə çatdırılacaq. “2011-ci ildə bu göstərici 10%, həmçinin hidroenergetikaya – 9,8%, digər enerji mənbələrinə - 0,2% təşkil edib”, - deyə o qeyd edib.
Bundan başqa, plana əsasən, 2020-ci ildə alternativ və bərpa olunan enerji sahəsinin maliyyələşməsi reinvestisiya hesabına həyata keçiriləcək.
“2012-ci ildə bu sahənin inkişafına lazım olan investisiyalarıpn həcmi 100 mln. manat məbləğində qiymətləndirilir, 2013-cü ildə 450 mln. manatı ötəcək və bu vəsait kənardan cəlb olunacaq. 2014-cü ildə artıq alternativ və bərpa olunan enerji sahəsinin 400 mln. manat səviyyəsində reinvestisiya hesabına qismən maliyyələşməsi prosesi başlanacaq. 2020-ci ildə təxminən 600 mln. manat məbləğində reinvestisiya hesabına tam maliyyələşmə həyata keçiriləcək”, - deyə C.Məlikov qeyd edib.
O həmçinin məlumat verib ki, 2012-2013-cü illərdə 657,5 mln. avro ümumi məbləğdə alternativ və bərpa olunan enerji mənbələri sahəsində 5 əsas layihənin reallaşması nəzərdə tutulur. Xüsusilə, gücü 110 MVt və dəyəri 165 mln. avro olan Pirəküşkül külək parkının, Hövsan Aerasiya Stansiyasının (gücü 50n MVt, dəyəri 75 mln. avro), Abşeron günəş parkının (25 MVt, 87,5 mln. avro), “Dəniz-Külək Parkı”nın (100 MVt. 250 mln. avro) yaradılması və 10000 ev üçün 10000 elektrik stansiyaların layihəsinin reallaşması (50 MVt, 80 mln. avro).
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyul ayında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv edilməsi və onun bazasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmasına dair fərman imzalayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət