Meksika və Kolumbiya parlıamentləri tərəfindən Xocalı soyqrımının tanınmasına dair qəbul edilmiş qətnamələr Azərbaycan diplomatiyaının fəaliyyətində müsbət tendensiyadır. “Azərbaycan – Argentina” parlamentlər arası işçi qrupunun üzvü, Milli Məclisin deputatı Yevda Abramov belə hesab edir.
“Gələcək aylarda biz Latın Amerikasının daha bir neçə ölkəsinin Qarabağ münaqişəsi üzrə sənəd qəbul etməsi və Xocalı soyqırımını tanımasının şahidi olacağıq. ”,- deyə Y.Abramov “İnterfaks -Azərbaycan” agentliyinə bildirib.
Azərbaycan diplomatiyasının Latın Amerikası ölkələrində fəaliyyətinin aktivləşməsini şərh edərkən deputat qeyd edib ki, Azərbaycanın xarici siyasəti dünyanın bütün ölkələri üçün açıqdır.”Azərbaycan qarşılıqlı etimad və bir-birinin ərazi bütövlüyünə dəstək göstərilməsi əsasında bütün ölkələrlə sıx əlaqələr qurmağı və inkişaf etdirməyi arzu edir. Son bir-iki ildə Azərbaycan səylə Latın Amerikası ölkələri ilə münasibətlər qurmağa və inkişaf etdirməyə başlayıb.Bu qısa vaxt ərzində Azərbaycan və Latın Amerikası ölkələri arasında mehriban və dostluğa dayanan münasibətlər yaranıb ki, bu da respublikanın xarici siyasətinin böyük uğurudur”,- deyə parlamentari qeyd edib.
Y.Abramovun sözlərinə görə, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələr yaratmaq və inkişaf etdirmək cəhdləri bir tərəfli qaydada baş vermir.”Latın Amerikası ölkələri özləri də Azərbaycanla əməkdaşlığa maraq göstərirlər,əvvəllər Latın Amerikası ölkələri uzun müddət ərzində ABŞ-a yeganə müttəfiq kimi baxırdılar ,indi onlar dünyanın nüfuzlu ölkələri arasında tərəfdaşlar axtarmağa başlayıblar.Bu regionda belə ölkələrdən biri də Azərbaycandır”,- deyə deputat vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət