Xəzərin azərbaycana aid sahilində bir neçə radar yerləşdirmək niyyəti respublikanın milli təhlükəsizlik maraqlarından irəli gəlir.Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc belə hesab edir.
“Qara dənizdə NATO və Rusiya arasında olduğu kimi, Xəzərin də qarşıdurmalar dənizinə çevrilmə ehtimalını istisna etmək olmaz.Bununla əlaqədar, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün addımlar atmalıdır”.- deyə Z.Oruc “İnterfaks -Azərbaycan”agerntliyinə bildirib.
Keçən həftə ABŞ-ın Dövlət Departamenti tərəfindən Azərbaycanın Xəzər sahilində ölkənin Hərbi Dəniz Flotu, dəniz sətrhədçiləri və Dövlət Sərhəd Xidməti tərəfindən istifadə ediləcək 7 radar yerləşdirmək barədə öhdəlik götürməsi barədə verdiyi məruzəni şərh edərkən Z.Oruc qeyd edib ki, enerji ehtiyatları və strateji mövqeyə malik olan Azərbaycanın möhkəmlənməsi Qərbin maraqlarına cavab verir.”Bu mənada Birləşmiş Ştatalar və Avropa üçün Xəzərdə nüfuzun itirilməsi, onların bu regionda maraqlarına zərər vurmaq demək olardı.Buna görə, Qərb Azərbaycanın Xəzərdə möhkəmlənməsində maraqlıdır və Xəzər sahilində radarların qurulmasına kömək edəcək.Çünki, başa düşür ki, Azərbaycanı geosiyasi təhlükələrlə üz- üzə qoymaq olmaz”,- deyə o qeyd edib.
Bununla yanaşı, parlamentari hesab edir ki, Xəzər sahilində Azərbaycanın radar yerləşdirməsi İranın narazılığına səbəb olacaq.”Azərbaycan – İran münasibətləri tarixində Tehran tərəfindən belə narazılıqlara az rast gəlinməyib. Misal üçün bir neçə il əvvəl milli maraqların mühafizəsinin gücləndirilməsi üçün ABŞ-ın Azərbaycana təqdim etdiyi sualtı qayıqla bağlı da narazılıq olmuşdu”.- deyə o xatırladıb.
“İran Qərb tərəfindən hücum olacağını nəzərə alaraq öz silahlarının bir hissəsini Xəzər sahilində cəmləməklə qabaqlayıcı tədbirlər görməyə cəhd edir və bu da Azərbaycan üçün müəyyən təhlükə yaradır”.- deyə Z.Oruc qeyd edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət