Əmlak Məsələləri Dövlət Komitəsi “Mingəçevir-regenerat” SC-nin səhmlərinin 99,65%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
SC-nin hər biri 2 manat dəyərində 201,475 min səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici sərmayədarlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının hazırladıqları investisiya proqramına yüksək keyfiyyətli regenerat və texniki rezin məhsullarının istehsalı, qabaqcıl texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi, investisiyaların həcmi, istiqamətləri və müddəti, yeni iş yerlərinin açılması və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 240 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqı müqaviləsi müsabiqənin nəticələri təsdiqlənəndən sonra 30 gün müddətində imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra qalib 60 gün ərzində səhmlərə görə bəyan edilmiş investisiyaların ümumi həcminin 5%-ni SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulan vəsaiti isə 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2012-ci il sentyabrın 14-dək qəbul olunacaq. Təkliflər 2012-ci il sentyabrın 19-da qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK müəssisənin səhmlərini dəfələrlə, sonuncu dəfə isə 2011-ci ilin iyun ayında investisiya müsabiqəsinə çıxarıb. Lakin alıcı tapılmayıb.
"Mingəçevir Regenerat" SC Mingəçevir şəhərində yerləşir. Müəssisə 1992-ci ildə işə salınıb. SC regenerat və texniki rezin məhsullarının istehsalı və satışı üzrə ixtisaslaşıb.
2012-ci il iyulun 1-nə olan vəziyyətə görə, müəssisənin nizamnamə kapitalı 404 min 350 manat təşkil edir. SC-də 12 nəfər çalışır. 2012-ci ili iyulun 1-nə olan məlumata əsasən, müəssisənin öhdəlikləri 142 min 144,47 manat, debitor borcları 130 min 129,6 manat təşkil edib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət