Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası İnkişaf Fondunun yaratmaq barədə təşəbbüs göstərir.
Bu ideyanı Qırğızıstanın iqtisadiyyat və antiinhisar siyasəti naziri Temir Sarıyev Şuranın üzv ölkələrinin iqtisadiyyat üzrə nazirlərinin Bakıda keçirilən ikinci görüşündə irəli sürüb.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
“Bizim ölkələrimiz arasındakı əməkdaşlığı ardıcıl və bir-birini tamamlayıcı adlandırmaq olar.Lakin etiraf etmək lazımdır ki, biz mövcud potensialdan tamamilə istifadə etmirik.Fondun yaradılması bütün ölkələrin iqtisadiyyatının artmasına xidmət edəcək”,- deyə T.Sariyev bildirib.
O həmçinin ölkələr arasında Arbitraj Məhkəməsinin yaradılması üçün üçüncü ölkədən investisiya cəlb edilməsi məsələsinə baxmağı da təklif edib.
Şuranın baş katibi Xəlil Axınçı fond yaradılması fikrini bəyənib və qeyd edib ki, fondun yaradılması ilə ölkələr layihələrə eyni vaxtda investisiya qoya biləcəklər.O həmçinin, iqtisadiyyatın difersifikasiya edilməsini və ölkələr arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması məsələsini müzakirə etmək təklifini irəli sürüb.
“Başa düşmək lazımdır ki, iqtisadiyyat yalnız neft və qazdan ibarət deyil. İqtisadiyyatın difersifikasiya etməsi lazımdır”,- deyəX.Akınçı əlavə edib.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan kommersiya layihələrinə birbaşa investisiya yatırmaq üçün Şuraya üzv dövlətlərin iştirakı ilə investisiya agentliyinin yaradılmasını təklif edib.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, Şuraya üzv ölkələr arasında qarşılıqlı mal dövriyyəsi 2012-ci ilin birinci yarısında 35% , 2011-ci ilin yekunlarına əsasən isə 55,5% artıb.
“Bu günkü görüş Şuranın üzv dövlətlərinin avqustun 23 Bişkekdə
-də keçiriləcək sammitinə hazırlıq xarakteri daşıyır”,- deyə Şahin Mustafayev söyləyib.
Nazir onu da deyib ki, uğurlu regional iqtisadi inkişaf yalnız sülh və sabitlik şəraitində mümkündür.
“Lakin təəssüf ki, Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasət regional inkişafa mane olur.Onun Qarabağ münaqişəsində qeyri-konstruktiv mövqeyi də regionun inkişafına mənfi təsir göstərir”,- deyə nazir vurğulayıb.
Qazaxıstanın iqtisadi inkişaf və ticarət naziri Bakitcan Saqintayev ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb.”Üzv-ölkələrin qanunverici bazası qarşlıqlı ticari əlaqələri inkişaf etdirməyə icazə verir.Məqsədə çatmaq üçün bu yolda qarşıda duran maneələri aradan qaldırmaq lazımdır”,- deyə o bildirib.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ilk sammiti 2011-ci il oktyabrın 20-21-də Almatıda keçirilib .
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası regional birlikdir və türk xalqlarının birliyini möhkəmləndirmək məqsədilə yaradılıb. Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə təşkilatın üzvləridir.
İlk dəfə Şuranın yaradılması ideyası Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən 2006-cı ildə türkdilli dövlətlərin sammitində irəli sürülüb.
2009-cu ildə Naxçıvanda keçirilən forumda bu təşəbbüs yeni beynəlxalq qurumun yaradılması haqqında sazişdə təsbit edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət