ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində aparılan texniki yeniləşmə və müasirləşmə işlərinin növbəti mərhələsi olaraq Birliyin Mexaniki-təmir zavodunun texniki parkı kompüter sistemi üzrə idarə olunan çoxtərtibli unikal emal dəzgahı ilə təmin edilmişdir.
Kiçik və iriqabaritli metal hissələrin mexaniki emalı sahəsində yeni nəsil nümunəsi olan, müəssisənin mövcud dəzgahlarından fərqli olaraq əməliyyatları üç koordinat üzrə aparmaq imkanına malik «Laqun» emal dəzgahı həm də bir-neçə funksiyalıdır. Yeni dəzgah yonma, frezləmə və deşmə əməliyyatlarını mikron dəqiqliyi ilə yerinə yetirməsi, bu zaman yüksək təmizliyə nail olması ilə yanaşı həm də vaxta qənaət baxımından olduqca əlverişlidir. Belə ki, hər üç əməliyyatın eyni dəzgahda yerinə yetirilməsi imkanı emal olunan hissələrin əvvəllər bir dəzgahdan digərinə keçirilməsi, müvafiq emal vəziyyətinə gətirilməsi üçün sərf olunan saatlarla vaxtın itirilməsinin qarşısını alır. «Laqun»un ən mühüm texniki xüsusiyyətlərirndən biri isə onun yalnız düzbucaqlı deyil, həm də yumru-oval səthlərə malik detallarda emal işlərini eyni dərəcədə keyfiyyətlə yerinə yetirməsidir.
Yeni dəzgahın xüsusi temperatur rejimi tələb etdiyi və qapalı şəraitdə daha dəqiq və səmərəli işlədiyi nəzərə alınaraq, zavodun kollektivi tərəfindən onun üçün xüsusi olaraq geniş və işıqlı otaq inşa edilmişdir.
Çoxfunksiyalı, kompüter sistemi üzrə işləyən «Laqun»un idarə olunması, eyni zamanda müvafiq proqramların tərtibi sxem və çertyojlar üzrə xüsusi texniki bilik və bacarıq tələb etdiyindən bu mühüm iş ali təhsilli mütəxəssisə - zavodun mexanika-energetika şöbəsinin mühəndisi Münasib Qəhrəmanova həvalə edilmişdir. O, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur, vaxtilə İstanbulda ixtisasartırma kursu keçmişdir, avtomatik idarəetmə sistemləri və bilavasitə «Laqun» tipli dəzgahlar üzrə kifayət qədər təcrübəyə malikdir.
Dünən – avqustun 15-də yeni çoxfunksiyalı dəzgahda Etilen-polietilen zavodunun ilk sifarişi yüksək keyfiyyətlə və vaxtından əvvəl yerinə yetirilmişdir.AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət