«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun «EP-300» istehsalatı üçün tikintisinə başlanılmış yeni, müasir tipli susoyutma kompleksində inşa işləri mühüm mərhələyə qədəm qoymuşdur. Burada 1600 m2-dən çox sahəyə malik susoyutma hovuzunda tamamlama işləri artıq başa çatmaqdadır, suvarma və ventilyasiya qurğularının, diffuzor sisteminin və xidmət meydançalarının quraşdırılması ilə bağlı işlər isə intensiv xarakter almışdır.
Müasir tələblərə cavab verən yeni və daha effektli susoyutma kompleksinin tikintisi Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin tapşırığı ilə, müəssisənin 25 ilə yaxın istismarda olan mövcud susoyutma kompleksinin bugünün artmaqda olan istehsalat tələblərinə tam cavab vermədiyi nəzərə alınaraq həyata keçirilir.
İcraçı təşkilat - ARDNŞ-in «Neftqaztikinti» Tresti tərəfindən inşa edilən yeni susoyutma kompleksi 6 bölmədən – ventilyasiya, suvarma, suyun filtrlə təmizlənməsi, ingibitor bölmələrindən, nasosxana və tutumu 3000 ton olan susoyutma hovuzundan ibarət olacaqdır. Yeni qurğu bir saat ərzində 21 min m3 həcmdə suyun soyudulmasını təmin edəcəkdir.
Əsasən müəssisənin Etilen istehsalatına xidmət etməsi nəzərdə tutulan yeni susoyutma qurğusunda gələcəkdə onun istismarı zamanı problemlərin yaranmaması, hovuz daxilində quraşdırılacaq avadanlıqların korroziyaya uğramaması məqsədilə həmin hissəyə daxil olan konstruksiyalar və bərkidici qovşaqlar paslanmayan metaldan və FRP tipli bərk, davamlı plastik materiallardan hazırlanmışdır. Dövri istehsalat suları isə çəkilişi bugünlərdə yerli – Sumqayıt istehsalı olan kompozit borular vasitəsilə davam etdirilən texnoloji xətt üzrə nəql olunacaqdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət