Azərbaycan Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması üçün sığorta şirkətinin seçiminə tender elan edib. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə AMB-dan məlumat verilib.
Tender elanına əsasən, potensial iştirakçılar komissiyaya tibbi sığorta üzrə tarif və şərtlərə dair təkliflərini təqdim etməlidirlər. Tenderin qalibinin seçimi zamanı maliyyə amili, xidmətlər paketi üzrə sığorta şərtləri, o cümlədən korporativ müştərilərə analoji xidmətlərin göstərilməsi təcrübəsi qiymətləndiriləcək.
Tender iştirakçıları son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı, iddiaçının 2011-cu il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış təqdim etməlidirlər.
Tenderdə iştirakda maqraqlı olan sığorta şirkətləri korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd, iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktub, o cümlədən sığorta fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyanın surətini təqdim etməlidirlər.
Şərtlərə görə, tenderin qalibi 2012-ci il noyabrın 27-dən AMB əməkdaşlarının tibbi sığortası xidmətinin göstərilməsinə başlamalı və 12 ay ərzində bu xidmətləri göstərməlidir.
Tenderdə iştirak üçün dövlət rüsumu 150 manatdır. Təkliflərin qəbulu oktyabrın 16-dək aparılacaq. Tender proseduru oktyabrın 15-də keçiriləcək.
Hazırda “Azərbaycan-Sənaye Sığorta” AMB əməkdaşlarını tibbi sığorta üzrə sığortalayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət