Macarıstandan ekstradisiya olunmuş zabit Ramil Səfərovun əfv edilməsi barədə Azərbaycan hakimiyyətinin qərarı Cinayətkarlıqla mübarizədə dövlətlərarası sisteminin səlahiyyətlərini şübhə altında qoyur Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) baş katibi Nikolay Bordyuja belə bəyan edib.
“Bu konyuktur siyasi məqsədlərin xeyrinə atılmış addımdır və heç bir şey buna bəraət qazandıra bilməz .Bundan əlavə cinayətkarın qəhrəman kimi təqdim edilməsi onsuz da yüksək olan regional gərginliyi daha da artıracaq”.- deyə N.Bordyuja bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın hakim dairələrinin R.Səfərovun əfv olunmasına dair qərarı “beynəlxalq hüquq normalarına ziddir, cinayətkarlıqla mübarizədə dövlətlərarası sistemin səlahiyyətlərini şübhə altına alır”
KTMT-nin baş katibi əmindir ki,”beynəlxalq ictimaiyyət baş vermiş hadisəyə tezliklə qiymət verəcək”
Avqustun 31-də Macarıstanın hakim dairələri erməni zabiti Qurgen Marqaryanı öldürməkdə ittiham olunan zabit Ramil Səfərovu Azərbaycana ekstradisiya edib.R,Səfərov ilk 30 il müddətində əfv olunmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Həmin gün R.Səfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.Azərbaycanın müdafiə naziri Səfər Əbiyev R.Səfərovu qəbul edərək ona mayor rütbəsi verildiyini bildirmiş, yeni mənzilin açarlarını, həmçinin həbsdə oduğu 8 il 6 ayın əmək haqqını təqdim edib. Hər iki zabit - R.Səfərov və Q.Marqaryan Macarıstana NATO-nun “Sülh naminə əməkdaşlıq” proqramı çərçivəsində ingilis dili kurslarına ezam edilmişdilər.
Ötən həftənin cümə günü R.Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar İrəvan Budapeştlə diplomatik əlaqələrini kəsdiyini bəyan edib.
Bununla yanaşı, Budapeştdən bildirilib ki, Macarıstan azərbaycanlı zabit R.Səfərovu 1983-cü ildən qüvvədə olan “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Strasburq Konvensiyasına müvafiq olaraq ekstradisiya edib.
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov öz tərəfindən qeyd edib ki, azərbaycanlı zabitin ekstradisiya edilməsi beynəlxalq hüquq prinsiplərinə zidd deyil.
“ Ramil Səfərovun qaytarılması Azərbaycanla Macarıstanın münasibətlərinə aid bir məsələdir , qanun çərçivəsində həll olunub və beynəlxalq hüququn norma və prinsiplərinə zidd deyil”,- deyə nazir bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət